Litva Xarici İşlər Nazirliyi İsraildə olan vətəndaşlarına ən qısa zamanda ölkəni tərk etməyi tövsiyə edib.
Ednews xəbər verir ki, bu barədəi Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.
“Xarici İşlər Nazirliyi regionda vəziyyətin mümkün gərginləşməsini və uçuşların ləğvinin başlanmasını nəzərə alaraq, İsraildə olanlara ən qısa zamanda oranı tərk etməyi, bu ölkəyə səfər etməyi planlaşdıranlara isə getməməyi tövsiyə edir”, - məlumatda bildirilib.