İranın ABŞ-ın İraqdakı bazasına hücumu zamanı ABŞ hərbçilərinin yaralandığını bildirilir.
Ednews-un məlumatına görə bu barədə ABŞ rəsmiləri "Reuters" nəşrinə bildirib.
Məlumata əsasən hərbi bazaya edilən hücumda ən azı beş ABŞ hərbçisi yaralanıb.
Buna cavab olaraq, ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri “İran və onun döyüşçüləri İraqdakı bazamıza hücuma görə məsuliyyət daşıyırlar" - bəyan edib.
İraqın qərbindəki Əl Əsəd aviabazasına iki “Katyuşa” raketi atılıb və raketlərin bazanın içərisinə düşdüyünü bildirilir. Hücumun İranın HƏMAS liderinin öldürülməsinə cavab vermək təhdidləri ilə əlaqəsi olub-olmadığı hələ ki, rəsmiləşdirilməyib.
Əkbər Novruz