Ednews TASS-a istinadən xəbər verir ki , bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib .
“Qazaxıstan bizim dostumuz, strateji tərəfdaşımız, müttəfiqimizdir, biz münasibətlərimizi yüksək qiymətləndiririk. Təbii ki, Qazaxıstan beynəlxalq təşkilatlarda iştirak formatına özü qərar verir”
Xatırladaq ki, Oktyabrın 16-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali bildirib ki, Astana “yaxın gələcəkdə” BRİCS-ə müraciət etməkdən imtina edəcək. O, bu qərarını üzvlük məsələsinə baxılması prosesinin çoxmərhələli olması və assosiasiyanın inkişaf perspektivləri ilə izah edib.