Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar haqqında fərman imzalayıb.
EDnews xəbər verir ki, Ukraynanın sanksiya siyahısına Gürcüstanın baş naziri İrakli Kobaxidze, “Gürcü arzusu”nun yaradıcısı Bdzina İvanişvili, Tbilisi meri Kaxa Kaladze və digərləri daxildir. Zelenski bildirib ki, bu, Gürcüstanın Putinə təhvil verdiyi hissəsinə qarşı sanksiyalardır: “Bu regionda heç nə itirilə bilməz. Gürcüstan, Moldova və Ukrayna Moskvaya qarşı birlikdə mübarizə aparmalıdır. Biz Avropanı, Amerikanı və bütün dünya ölkələrini eyni şəkildə hərəkət etməyə, prinsipial addım atmağa çağırırıq”, – deyə Zelenski bildirib.