“İran uran ehtiyatını kifayət qədər sürətli artırıb, silah hazırlanmasına yaxınlaşır”.
EDnews xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi deyib.
Onun sözlərinə görə, agentliyin inspektorları İranın nə qədər müasir kaskadlı sentrofuqlar yerləşdirməyə hazılaşdığını öyrənməyə çalışacaq:
“Məncə bu, çox narahatedicidir. Onlar hazırlaşırdılar və bütün obyektlərini qeyri-müəyyən vəziyyətdə saxlamışdılar, indi isə aktivləşiblər. Biz baxacağıq”.