Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarının ləğvi qərarı Brüsselin tələblərinin yerinə yetirilməsi, o cümlədən hakimiyyətin dinc yolla ötürülməsi nəzərə alınmaqla qəbul ediləcək.
"EDnews" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşündən sonra deyib:
“Aİ Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcək, lakin bu proses konkret hərəkətlərdən, xüsusən də hakimiyyətin dinc yolla ötürülməsi prosesindən asılı olacaq”, – deyə o bildirib. Xatırladaq ki, Ursula fon der Leyenə jurnalistlərə sual vermək imkanı verilməyib.