“Bəzi Avropa İttifaqı və NATO ölkələrinin liderlərinin Parisdə keçirilən görüşünün nəticələri göstərir ki, Avropa öz müdafiəsinə daha çox vəsait ayırlmalıdır”.
“EDnews” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib.
“Bu görüşün nəticəsi belədir: hamımız razıyıq ki, bu yeni vəziyyətdə Avropanın daha güclü olması, öz müdafiəmizə daha çox pul xərcləməyimiz, təhlükəsizliyimiz və müdafiəmizə gəldikdə milli və Avropa səviyyəsində büdcələri artırmağımız lazımdır. Masanın üstünə pul və silah qoymaq lazımdır, o zaman dünya bizi ciddi qəbul edəcək. Avropa uzun müddət buna məhəl qoymayıb və indi bunu dəyişməyin vaxtıdır”.
Onun sözlərinə görə, Avropanın güclənməsi həm də Ukrayna lideri Volodimir Zelenskini, xüsusən də seçkisiz “diktator” adlandıran ABŞ prezidenti Donald Trampın son bəyanatları ilə bağlı zəruridir: “Bununla razılaşmaq olmaz”.