ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Moskvaya qarşı sanksiyalarla hədələmək kimi əvvəlki taktikasından "uzaqlaşıb".Qəzetin xatırladığı kimi, aprel ayında Tramp Rusiyaya qarşı yeni bank sanksiyalarının mümkünlüyü məsələsini qaldırmışdı.
EDnews'un xəbərinə görə, bu barədə ABŞ-nin "The New York Times" qəzeti yazıb.
"Tramp şərtlərin birbaşa döyüşən ölkələr arasında müzakirə ediləcəyini söylədi. Bu, Trampın Rusiyaya təzyiqləri artırmaqla bağlı son hədələrindən uzaqlaşma oldu",-deyə nəşr bildirib.
Mədinə Məmmədova//Ednews