Dünya ictimaiyyəti Rusiya-Ukrayna müharibəsinin gedişatını diqqətlə izlədiyi bir zamanda, ABŞ-ın keçmiş prezidenti Donald Trampdan səs-küylü bəyanat gəlib. O, Vladimir Putinin davranışlarını tənqid edərək, Rusiyanın təkcə Ukrayna ilə kifayətlənməyəcəyinə işarə edib.
EDnews xəbər verir ki, Tramp bu fikirlərini "Truth Social" platformasında yayımlayıb. Onun sözlərinə görə, o, prezident olduğu dövrdə Putinin daha irəli getməsinin qarşısını alıb:
"Vladimir Putin başa düşmür ki, əgər mən olmasaydım, Rusiya ilə artıq həqiqətən də xoşagəlməz işlər baş verə bilərdi." – deyə Tramp bildirib.
Tramp daha sonra Putinin davranışlarını "riskli oyun" adlandıraraq, bu sözləri əlavə edib:
"Putin odla oynayır!"
Eks-prezidentin bu açıqlamaları Qərb ölkələrində narahatlığa səbəb olan sualı yenidən gündəmə gətirib: Rusiya Ukraynadan sonra hansı istiqamətə üz tuta bilər? Baltikyanı ölkələr, Moldova və ya başqa bir Şərqi Avropa dövləti – bu ehtimallar müzakirə mövzusudur və təhlükəsizlik orqanları mümkün ssenariləri ciddi şəkildə nəzərdən keçirirlər.
Geosiyasi gərginliyin artdığı bir dövrdə bu cür açıqlamalar, həmçinin ABŞ-da yaxınlaşan seçkilər fonunda Trampın beynəlxalq siyasətdəki mövqeyini də aydın şəkildə ortaya qoyur.
Fatima Şükürova // EDnews