İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir.
“EDnews” xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib.
“Əgər İran rejimi sürətləndirilmiş nüvə silahının hazırlanmasına davam etmək qərarına gəlsə, qiymətləndirmələrə görə, bir neçə zənginləşdirmə obyektlərində mövcud ehtiyatlar və sentrifuqalar təxminən bir həftə ərzində ilk 25 kq silah dərəcəli (nüvə) materialı və üç həftə ərzində on nüvə başlığını istehsal etmək üçün kifayətdir”.
O qeyd edib ki, İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcək, ya onları inkişaf etdirəcək, ya da satın alacaq ki, Tehrana qarşı çəkindirici potensialı qoruyub saxlaya bilsin.