Mançester Siti"nin məşqçisi Pep Qvardiola Qəzza xalqına dəstək çağırışı edib.
"EDnews" xəbər verir ki, Mançester Universitetinin fəxri doktoru adı alan ispaniyalı məşqçi tədbirdəki çıxışında Qəzzadakı hadisələrdən danışıb.
Qvardiola bildirib ki, insan haqlarını müdafiə etmək ideologiya deyil, həyat eşqi məsələsidir. Pep Qvardiola Qəzzada baş verənlərin bütün bəşəriyyəti narahat etdiyini ifadə edərək, qız və oğlan uşaqlarının bombalarla öldürüldüyünü bəyan edib.
O, Qəzzada ölən uşaqların insanlıq üçün utanc verici olduğunu ifadə edib.