MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 2017-ci il yanvarın 1-dən Rusiyaya keçməsi barədə qərar qəbul olunub.
"Eurasia Diary" xəbər verir ki, qərar qəbul edilməmişdən əvvəl isə Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Rusiyanın xeyrinə verilmiş bu qərara etiraz etdiklərini bildirib. O bəyan edib ki, Ukrayna hökuməti Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ildə keçirilmiş referendumun nəticələrini tanımır. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Krımın Rusiyaya birləşdirilməsinin yeganə səbəbi Ukrayna hökümətinin apardığı siyasətdir. Rusiya dövlət başçısı deyib ki, Krımda baş verənlər Ukraynanın müəyyən siyasi qüvvələrinin qanunsuz hərəkətlərinin nəticəsidir. Vladimir Putin Rusiyanın Krımı zəbt etmədiyini və yarımada əhalisinin öz müqəddəratını referendum vasitəsilə həll etdiyini bildirib.