Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda iyun ayının son günlərində də qar təmizləmə işləri davam edir.
EDnews xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Vilayət Xüsusi İdarəsinin tabeliyində fəaliyyət göstərən Yüksekova Tikinti Sahəsi Müdirliyinin qrupları rayon mərkəzindən təxminən 40 kilometr məsafədə yerləşən İkiyaka dağlarındakı Sat Göllərinə gedən yolun açılması istiqamətində iş aparırlar.
Məlumata əsasən, qarın qalınlığının 5 metrə çatdığı ərazidə çalışan qruplar ağır texnikaların köməyi ilə qar dəhlizləri yaradırlar.
Bildirilir ki, dik və kələ-kötür relyef səbəbindən işlər zamanı vaxtaşırı uçqun təhlükəsi yaranır. Buna baxmayaraq, qruplar yolu mümkün qədər qısa müddətdə istifadəyə verməyə çalışırlar.







