İranda sabiq ali lider Əli Xameneyinin dəfn mərasimi ilə əlaqədar Məşhəd şəhərində bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
EDnews İran mediasına istinadən xəbər verir ki, Məşhədin Firdovsi Universiteti iyulun 7–9-da tədris və inzibati fəaliyyətini dayandıracağını açıqlayıb.
Bildirilib ki, qərar universitet kollektivinin dəfn mərasimində iştirakına şərait yaratmaq məqsədilə qəbul edilib. Bu müddətdə universitetin binaları mərasim iştirakçılarının yerləşdirilməsi üçün istifadə olunacaq.
Bununla yanaşı, Xameneyinin Məşhəddə keçiriləcək dəfn mərasimi ilə əlaqədar iyulun 9-da şəhərin Şəhid Haşeminejad Beynəlxalq Hava Limanının fəaliyyəti də müvəqqəti dayandırılacaq və hava məkanı bağlanacaq.
Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdə əlavə məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilib.







