ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinin 24 sentyabrda ABŞ-yə rəsmi səfər edəcəyini açıqlayıb.
EDnews yerli mediaya xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.
"Prezident Si sentyabrın sonu, 24-də burada olacaq", - deyə o bildirib.
Qeyd edək ki, Tramp 13-15 may tarixlərində Çinə dövlət səfəri edib və orada Çin prezidenti Si Cinpin ilə danışıqlar aparıb.







