Azərbaycanda suyun qiyməti artacaq? - AÇIQLAMA

Azərbaycanda suyun qiyməti artacaq? <span class="text-danger">- AÇIQLAMA</span>

Son günlər paytaxtın bəzi ərazilərində su təchizatı ilə bağlı çətinliklər müşahidə olunur.

Yay mövsümündə tələbatın artması fonunda suya əlçatanlığın azalması həm mövcud infrastrukturun vəziyyətini, həm də resursların idarə olunması məsələsini yenidən gündəmə gətirir. Bu isə su tariflərinin dəyişməsi və problemin hansı yollarla həll edilə biləcəyi ilə bağlı suallar doğurur. 

Mövzu ilə bağlı EDnews-a danışan ekoloq Cəmşid Bəxtiyar qeyd edib ki, tariflərin artırılması belə bir prosesdə yeganə çıxış yolu deyil və bu, avtomatik olaraq problemin həllinə gətirib çıxarmır:  

Cəmşid-Bəxtiyar-Ekoloq.jpg

"Belə qərarlar, hökumətin sosial siyasətindən, su təchizatı qurumlarının maya dəyərindən və tənzimləyici orqanların mövqeyindən də asılıdır. Problemin həlli üçün bir neçə istiqamət nəzərdən keçirilə bilər. İlk növbədə, su şəbəkəsində itkilərin azaldılmasına nail olmaq lazımdır. Bir çox hallarda suyun əhəmiyyətli hissəsi köhnə borular və sızmalar səbəbindən istehlakçıya çatmadan itir. Su ehtiyatlarının artırılması da mühüm çıxış yollarından biridir. Yeni su anbarlarının yaradılması, mövcud mənbələrin daha səmərəli idarə olunması və alternativ su mənbələrindən istifadə problemin həllində effektiv nəticələr verə bilər".  

Ekoloq hesab edir ki, sözügedən prosesdə tələbatın idarə edilməsi də vacib istiqamətlərdən biridir: 

"Bu tədbirlər paralel şəkildə həyata keçirilməlidir. Suya qənaət edən avadanlıqların təşviqi, yaşıllıqların daha səmərəli üsullarla, məsələn, çiləmə və damcı üsulu ilə suvarılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, içməli sudan başqa məqsədlər üçün istifadə minimuma endirilməlidir. Məsələn, dekorativ yaşıllıqların və fəvvarələrin su ilə təchizatında içməli sudan istifadə olunmaması su ehtiyatlarının qorunmasına ciddi töhfə verə bilər.

Ekoloqun sözlərinə görə, su sərfiyyatının yüksək olduğu sahələrdən biri də avtomobillərin yuyulmasıdır: 

"Bu məqsədlə içməli sudan istifadə olunmamalıdır. Onun əvəzinə texniki sulardan, yağış sularından və təmizləyici qurğulardan keçmiş sulardan istifadə edilə bilər. Belə suların yaşıllıqların suvarılmasında və avtomobillərin yuyulmasında tətbiqi içməli suya olan tələbatın azalmasına kömək edə bilər. Problemin həllində digər köməkçi istiqamət əhalinin gündəlik su sərfiyyatını azaltmağa təşviq edilməsidir. Buna isə maarifləndirmə yolu ilə nail olmaq mümkündür.

Tarif məsələsinə gəldikdə isə ekoloq onu da əlavə edib ki, bir çox ölkələrdə sosial ədaləti qorumaq üçün pilləli tarif sistemi tətbiq olunur:

"Ölkədə də bu üsula müraciət edilə bilər. Elektrik enerjisi və qaz istehlakında bu yanaşmadan istifadə olunur. Oxşar model su təchizatında da tətbiq edilə bilər. Yəni əsas məişət ehtiyacları üçün müəyyən həcmdə su daha ucuz qiymətə satıla, normadan artıq istehlak isə daha yüksək tariflə hesablana bilər. Bu yanaşma həm suya qənaəti stimullaşdırar, həm də aztəminatlı ailələrin sosial müdafiəsinə kömək edər".

Mövzu ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda tarif artımı ilə bağlı hər hansı məlumat mövcud deyil.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

"Hürriyyət"in baş redaktoru EV DUSTAQLIĞINA BURAXILMADI
21:40
Baş nazirin həyat yoldaşının NATO sammitinə getməsi QADAĞAN OLUNDU
21:31
Məhərrəm ayı bu tarixdə bitəcək
21:18
İsraildən daha bir ZƏRBƏ: O DA ÖLDÜRÜLDÜ
21:09
Sabiq rəis cərimələndi, işçisi HƏBS OLUNDU
21:02
4 nəfər dənizdə batdı, ikisi xilas edildi, biri öldü, biri isə...
20:48
Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
20:42
Türkiyə illərdir arzuladığı silahı ala biləcək
20:26
"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb
20:21
Ukraynada PUA-nın zərərsizləşdirilməsi zamanı "Mi-8" helikopteri qəzaya uğrayıb, bütün heyət həlak olub
20:19
Fransada meşə yanğınları ilə əlaqədar iki nəfər saxlanılıb
20:12
Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır
20:09
Nazir bu dəfə Lerikə getdi
20:06
Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə görüşüb
19:57
İsrail Livanda içində dörd şübhəlinin olduğu avtomobilə zərbə endirdiyini açıqlayıb
19:51
Tramp: ABŞ ya İranla razılaşma bağlayacaq, ya da işi axıra çatdıracaq
19:49
Konqoda Eboladan ölənlərin sayı 500 nəfəri ötüb
19:40
Cevdet Yılmaz: NATO sammiti qlobal sabitlik baxımından nəticələr verəcək
19:37
Rütte: Rusiya heç vaxt Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək
19:35
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
19:28
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
19:25
Trampdan şok etiraf: "Putin müharibəni bitirmək istəyir, biz danışıqlar aparırıq"
19:21
Sabah bu ərazidə qaz olmayacaq
19:18
NATO tədbiri üçün 10 ədəd xüsusi "Togg" limuzini hazırlanıb - FOTO
19:03
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib
18:57
Heydər Məscidində təmir işləri aparılacaq
18:52
Azərbaycan və Sudan arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilir
18:47
FHN əhaliyə müraciət etdi
18:41
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
18:39
Ankarada Trampın qalacağı hoteldə təhlükəsizlik tədbirləri artırılıb
18:30
Rusiyaya qarşı 9 yeni sanksiya tədbiri tətbiq etdilər
18:25
Bölgələrdə istirahət NEÇƏYƏ BAŞA GƏLİR?
18:20
Bakıda bələdiyyə sədri BIÇAQLANIB: İşçisi HƏBS EDİLİB
18:15
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı
18:10
İmamoğlu ilə bağlı məhkəmə prosesi təxirə salındı
18:00
Səudiyyə Ərəbistanında 26 il sonra bir İLK
17:57
Sabah bağçalara elektron qəbul BAŞLAYACAQ
17:40
Azərbaycanda suyun qiyməti artacaq? - AÇIQLAMA
17:30
“Sumqayıt” klubuna ağır itki: Telman Salahov vəfat etdi - FOTO
17:20
SON DƏQİQƏ: Bakı-Naxçıvan reysləri təxirə salındı
17:15
"Qəbələ" onunla müqaviləyə xitam verib
17:05
Paşinyan və Mişustin görüşdülər: NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
17:00
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ VERİLDİ
16:52
Təhsil sektorunda vakansiya fürsəti: MÜDDƏT UZADILDI
16:42
Azərbaycan Rusiyaya NOTA VERDİ
16:32
Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib
16:12
Prezident "Yaşıllıqların mühafizəsi haqqında" qanuna dəyişikliyi imzaladı
15:57
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pislədi
15:51
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının beynəlxalq taktiki-uçuş təlimi başa çatdı - VİDEO
15:25
Ermənistanın Pakistandakı ilk səfiri o oldu - FOTO
15:19
NATO sammitində Kiyevə 140 milyard yardım ayrılacaq
15:14
Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:00
Kreml Çinin raket sınaqlarını dəstəkləyir
14:55
17 işçi eyni anda hamilə qaldı - HAMI ONLARDAN DANIŞIR
14:48
Büdcədən 155 milyon manata yaxın vəsait geri qaytarılıb
14:30
2 min 300 hektardan çox ərazi minalardan təmizlənib
14:25
Bakıda kimlər PULSUZ AVTOBUSLARDAN İSTİFADƏ EDƏ BİLƏCƏK? - AÇIQLAMA
14:20
Ceyhun Bayramov Dmitri Şlapaçenkonu qəbul etdi - FOTO
14:11
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
14:03
Ermənistanda kütləvi axtarışlar başladı: 70-dən çox ünvanda...
13:58
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR