Türkiyəyə ABŞ istehsalı olan F-35 beşinci nəsil qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq.
EDnews xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, Türkiyənin aqressiv niyyətləri var. Bu səbəbdən F-35 qırıcılarının ona verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq”, – deyə İsrailin Baş naziri vurğulayıb.







