36-cı NATO Liderlər Sammiti çərçivəsində Türkiyəyə səfər edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başa çatıb.
EDnews Türkiyə mediasına istinadən xəbər verir ki, liderlərin görüşlərdən sonra ikitərəfli saziş imzalaması gözlənilir.
***
16:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən NATO sammitində iştirak etmək üçün Ankaraya səfər edən ABŞ prezidenti Donald Trampı Türkiyəə Prezidentinin iqamətgahında qəbul edib.
ABŞ prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülüb.
Liderlərin ikitərəfli münasibətləri və NATO daxilindəki məsələləri müzakirə edəcəyi gözlənilir.






