Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılması ehtimalını rədd edib.
EDnews xarici mediaya istinadən xəbər verir ki, o, bu açıqlamanı Ankarada keçirilən NATO sammiti zamanı verib.
Danimarkanın baş naziri bildirib: "Qrenlandiya satılmır; biz bunu əvvəldən açıq şəkildə bildirmişik. Bu, baş verməyəcək".
Danimarka hökuməti başçısının sözlərinə görə, ölkəsinin ABŞ ilə yaxşı hərbi əməkdaşlığı var.
Eyni zamanda, Frederiksen bildirib ki, Ankarada keçiriləcək görüşdə ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə etmək niyyətində deyil.







