“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxıb.
EDnews "Apasport"a istinadən xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS komandası ilə qarşılaşıb.
Oyunun ilk hissəsi qolsuz keçib. Hesab ikinci yarıda açılıb. Velko Simiç fərqlənib. Çox keçmədən Kahim Parris oyunda yekun nəticəni qoyub.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Uelsdə olacaq.
UEFA Çempionlar Liqası
I Təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. "Sabah" – TNS (Uels) 2:0
Qollar: V. Simiç, 66, K. Parris, 84
Baş hakim: Patrik Qriskieviç(Polşa)
“Bank Respublika Arena”







