ABŞ Prezidenti Donald Tramp Lindsi Qremin ölümü ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki,Tramp senator Lindsi Qremin ölümünün təbii səbəblərdən baş verdiyini bildirib.
ABŞ lideri senatorun ölümündə Rusiyanın rolunun olub-olmaması ilə bağlı iddiaları təsdiqləyən məlumat olmadığını qeyd edib.
Xatırladaq ki, 71 yaşlı Lindsi Qrem iyulun 11-də “qısa və qəfil xəstəlikdən” sonra vəfat edib. Onun ölüm səbəbinin aortanın cırılması ilə bağlı ola biləcəyi bildirilib.







