İran Küveytdə yerləşən ABŞ hərbi bazasına və Amerika hərbi gəmisinə zərbələr endirdiyini bəyan edib.
EDnews xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
İran tərəfinin iddiasına görə, ABŞ hərbi bazasının obyektləri pilotsuz uçuş aparatları ilə, Amerika hərbi gəmisi isə qanadlı raketlərlə hədəfə alınıb.
ABŞ tərəfi hələlik bu məlumatlara münasibət bildirməyib.







