İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - <span class="text-danger">YENİLƏNİB</span>

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

EDnews xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.

Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən “ağıllı kənd”ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.

x x x

Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər.

x x x

Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Xəbər xətti

BƏƏ həbsdə saxlanılan balıqçılar İrana qayıdır
13:30
Türkiyə millisi Litva sınağı qarşısında: 1/8 finalın rəqibi bəlli oldu
13:30
Babək propspektində YANĞIN SÖNDÜRÜLÜB - YENİLƏNİB
13:25
İsrail-Livan danışıqlarının altıncı raundu bu ölkədə keçiriləcək
13:22
Külək güclənəcək - YAĞIŞ YAĞACAQ
13:17
İlham Əliyevin sosial media hesabında Slovakiya Prezidentinin Şuşa səfəri ilə bağlı videoçarx paylaşılıb
13:15
İyul ayının pensiyaları ÖDƏNİLDİ - YENİLƏNİB
13:12
"Fransa İspaniyaya qarşı oyuna hazırdır" - Didye Deşam
13:10
IV Şuşa Qlobal Media Forumu BAŞA ÇATDI
13:06
“Sabah” cavab matçına çıxır
12:57
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:45
Xaçmazda avtomobil çaya düşdü - XƏSARƏT ALANLAR VAR - VİDEO
12:34
Milli Məclisin növbədənkənar sessiyası YEKUNLAŞDI
12:29
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
12:27
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO
12:24
Lamin Yamal Fransa ilə oyun öncəsi iddialı danışdı
12:20
İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
12:18
"Aviasiya haqqında" qanuna DƏYİŞİKLİKLƏR EDİLDİ
12:12
Qarsa 3 metrlik qar yolları bağladı
12:10
İlham Əliyev: Azərbaycan-Slovakiya münasibətləri güclü tərəfdaşlıq səviyyəsinə yüksəlib
12:09
Azərbaycanda 60 min qadın SEVİNƏCƏK: Pensiyalar...
12:06
Oman sahillərində tankerə hücum edilib
11:54
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR - YENİLƏNİB
11:48
“Frilanser” anlayışı qanunvericiliyə daxil edildi
11:42
Slovakiya Prezidenti Azərbaycanla birgə layihələrin artırılmasına çağırıb
11:35
İran İŞİD-lə əlaqədə ittiham olunan şəxsləri EDAM EDİB
11:30
ABŞ senatorunun ölümündə Rusiyanın əli olub? - TRAMP AÇIQLADI
11:30
Slovakiya Prezidenti Azərbaycana təşəkkür edib
11:28
Media və Yayım Şurası yaradılır
11:24
Qeyri-rezidentlər üçün YENİ GÜZƏŞTLƏR
11:22
Polşa “Patriot” raketləri Ukraynaya verməyəcək
11:22
Prezident İlham Əliyev Slovakiya dövlət başçısına təşəkkür edib
11:20
Slovakiya Prezidenti: Azərbaycan bu regionun mühüm dövlətlərindən biridir
11:15
Sahibə Qafarova Qətərin sabiq əmirinin dəfn mərasimində iştirak edəcək
11:12
Azərbaycan Prezidenti: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
11:10
Azərbaycan Prezidenti Emmanuel Makrona təbrik ünvanlayıb
11:08
Milli Məclisdə növbədənkənar sessiyanın son iclası keçirilir
11:02
Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
10:50
Yarımfinalın ilk oyununda İspaniya və Fransa milliləri QARŞILAŞACAQ
10:43
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
10:28
Bakıda 6 ayın qəza STATİSTİKASI
10:25
Lisey və gimnaziyalara müraciət müddəti UZADILDI
10:22
Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
10:17
Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
10:14
Azərbaycan nefti BAHALAŞDI
10:04
“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”: Hikmət Hacıyev
09:55
Pezidentin köməkçisi: Onlar Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdılar
09:49
Prezidentin köməkçisi: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir
09:44
Qəzada yaralanan Rüstəm xəstəxanada öldü-YENİLƏNİB
09:27
21 yaşlı gənc ürəyindən bıçaqlandı
09:24
“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
09:22
Yasamalda qəza baş verdi
09:21
Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi
09:19
Əhmədinecad həbs edildi
09:00
“İnstagram”ın “Muse Image AI” funksiyası DAYANDIRILDI
08:51
“Bitcoin” son 24 saatda UCUZLAŞDI
08:46
“Apple” “iPhone 17” ilə bağlı qərar verdi
08:39
"Brent" markalı neftin qiyməti 15 iyundan bəri ilk dəfə 85 dolları keçib
08:21
Ən qısqanc bürclər açıqlandı: Siyahının zirvəsində kim qərarlaşıb?
08:13
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?
08:06
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR