“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”

“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq və dərnəyin təsisçisi, müğənni Haluk Leventin saxlanılması fonunda “Doktor Cekil və Cənab Hayd” adlı köşə yazısı qələmə alıb.

EDnews xəbər verir ki, Altaylı yazısında Haluk Leventin həm xeyriyyəçi fəaliyyəti, həm də illərdir müzakirə olunan qumar asılılığı ilə bağlı sərt fikirlər səsləndirib.

Jurnalist yazının əvvəlində yaşananlarla bağlı məyusluğunu gizlətməyib:

“Bəzən haqlı olmaq istəmirsən, səhv etmək istəyirsən; bilmək istəmirsən, yanılmış olmaq istəyirsən. Bu dəfə diləyim səhv etmək idi”.

Altaylı bildirib ki, bir müddət əvvəl Haluk Leventə onun yenidən qumar oynamağa başladığı ilə bağlı xəbərdarlıq edib və “Ahbap” dərnəyinə edilən ianələrin taleyi barədə narahatlığını dilə gətirib:

“Haluk Leventə “Haluk, yenidən qumar oynamağa başlamısan. Demək, sənin sözlərinin mənası yox idi. O zaman “Ahbap”a edilən ianələr də təhlükə altındadır. Xalqa və ehtiyacı olanlara kömək etmək məqsədilə bu dərnək üçün ianələr toplayarkən yanımıza gəlib qumarı tərk edəcəyinə and içdin. Həmçinin dərnəyin müntəzəm olaraq auditdən keçirilməsinə söz verdin. Dərnəyin veb saytında auditlər və ya maliyyə vəziyyəti barədə heç bir məlumat yoxdur. Bu audit hesabatlarını bizimlə, sizə ianə verən milyonlarla insanla paylaşın” deyə dərin şübhəmə baxmayaraq, bu hesabı son qəpiyinə qədər verməyini, irəli çıxıb “Qardaş, xərclədiyimiz hər lirənin hesabı budur” deməyinizi istədim”.

Jurnalist bütün şübhələrinə baxmayaraq, Haluk Leventin verdiyi sözlərə əməl edəcəyinə ümid etdiyini vurğulayıb: “Hiss edirdim ki, belə deyil, əslində, əmin idim ki, belə deyil, amma yenə də ümid etmək istəyirdim ki, sözünün üstündə durarsan”.

Fatih Altaylı yazısında Haluk Leventin şəxsiyyətini məşhur ədəbi obrazlarla müqayisə edib: “Haluk Leventin dəhşətli qumarbaz olduğunu hamı bilirdi, amma digər tərəfdən onun yaxşı insan olduğuna şübhə yox idi.

Bu, əslində, Doktor Cekil ilə Cənab Hayd arasında münaqişə idi.

Yaxşı işlər görməyi sevən Haluk və qumar asılılığı olan Levent”.

Onun sözlərinə görə, Haluk Levent bir tərəfdən qumar borcları ucbatından çətin günlər yaşayıb, digər tərəfdən isə yardıma ehtiyacı olan insanlara əl uzadıb: “Bir tərəfdən, qumar borcları səbəbindən bir neçə dəfə, qısa müddətə olsa da, həbsxanaya düşmüş, səhnədən qazandığı milyonları israf etmiş və borca batmış kasıb bir adam idi.

Digər tərəfdən, ehtiyacı olan hər kəsə kömək etməyə çalışan xeyirxah bir insan idi”.

Altaylı qeyd edib ki, o, uzun müddət Haluk Leventdən uzaq durub. Lakin NASA-da çalışan türk alimi Umut Yıldızın rəhbərlik etdiyi elm layihəsi onları bir araya gətirib. Layihəyə Ankara Böyükşəhər Bələdiyyəsi və “Ahbap” dərnəyi dəstək verib.

Jurnalist həmin dövrdə Haluk Leventin cəmiyyətdə “xeyirxahlıq mələyi” kimi qəbul olunduğunu, xüsusilə 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları zamanı onun fəaliyyətinin böyük rəğbətlə qarşılandığını xatırladıb. Bununla belə, qumar asılılığının ən çətin vərdişlərdən biri olduğunu vurğulayıb.

Altaylı yazıb ki, 2022-ci ildə Haluk Leventlə birlikdə iştirak etdiyi proqram zamanı müğənni qumarı tərk edəcəyinə söz verib.

Daha sonra 2023-cü ildə Kahramanmaraş zəlzələləri baş verib və “Ahbap” milyonlarla lirə ianə toplamağa başlayıb. Altaylı isə həmin dövrdə dəfələrlə Leventi şəffaf hesabat verməyə çağırdığını bildirib: “Bu dövrdə mən ona dəfələrlə açıq şəkildə xəbərdarlıq etdim. Hər dəfə dedi ki, “Narahat olma, qardaş. Dövlət bizi izləyir və biz də beynəlxalq müstəqil audit şirkətləri tərəfindən auditdən keçəcəyik. Mütəmadi hesabatlar dərc edəcəyik”.

Jurnalistin sözlərinə görə, sonradan Haluk Levent hökumətə yaxın media qurumlarında çıxış etməyə başlayıb, lakin maliyyə hesabatları ilə bağlı suallar cavabsız qalıb.

“Keçən ay, geri qaytarılmış çek işi ilə ön plana çıxanda, mən dedim ki, hesab ver.

O, yenidən sofizmi seçdi.

Bir neçə həftə ərzində qalmaqal baş verdi”.

Fatih Altaylı hazırda ortaya atılan ittihamların son dərəcə ağır olduğunu bildirib: “İddialar dəhşətlidir; yoxa çıxdığı, qumara atıldığı və şəxsi hesablara köçürüldüyü deyilən pullar dəhşətlidir”.

Bununla yanaşı, o, məsuliyyətin yalnız Haluk Leventin üzərində olmadığını da vurğulayıb: “Əlbəttə ki, Haluk Leventi məhkəməyə verək. Gəlin onu ictimaiyyətin etibarını sui-istifadə etməkdə, hər bir Türkiyə vətəndaşı üçün və ya heç olmasa hər bir donor üçün məhkum edək.

İddialar doğrudursa, onun cinayəti, həqiqətən də, böyükdür. Bu, bütün cəmiyyətə qarşı cinayətdir... Gəlin onu təkbaşına inamı və etibarı məhv edən utanmaz bir şəxs kimi lənətləyək”.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu “Ahbap” dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiası ilə istintaq aparır. İş üzrə Haluk Levent də daxil olmaqla 22 nəfər saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

Xəbər xətti

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
10:50
Yarımfinalın ilk oyununda İspaniya və Fransa milliləri QARŞILAŞACAQ
10:43
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi BAŞLADI
10:28
Bakıda 6 ayın qəza STATİSTİKASI
10:25
Lisey və gimnaziyalara müraciət müddəti UZADILDI
10:22
Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
10:17
Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
10:14
Azərbaycan nefti BAHALAŞDI
10:04
“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”: Hikmət Hacıyev
09:55
Pezidentin köməkçisi: Onlar Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdılar
09:49
Prezidentin köməkçisi: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir
09:44
Qəzada yaralanan Rüstəm xəstəxanada öldü-YENİLƏNİB
09:27
21 yaşlı gənc ürəyindən bıçaqlandı
09:24
“Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
09:22
Yasamalda qəza baş verdi
09:21
Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi
09:19
Əhmədinecad həbs edildi
09:00
“İnstagram”ın “Muse Image AI” funksiyası DAYANDIRILDI
08:51
“Bitcoin” son 24 saatda UCUZLAŞDI
08:46
“Apple” “iPhone 17” ilə bağlı qərar verdi
08:39
"Brent" markalı neftin qiyməti 15 iyundan bəri ilk dəfə 85 dolları keçib
08:21
Ən qısqanc bürclər açıqlandı: Siyahının zirvəsində kim qərarlaşıb?
08:13
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?
08:06
Rihanna illər sonra səhnəyə qayıtdı
07:49
Şəkidə 23 hektar taxıl sahəsi yanıb
07:46
Ukrayna qüvvələri Afipski Neft Emalı Zavoduna zərbə endirib
07:41
Finlandiyada nüvə hücumuna qarşı yeraltı şəhər tikilib: Nə baş verir?
07:30
ABŞ-də doqquz gün hamamda köməksiz vəziyyətdə qalmış 82 yaşlı qadın xilas olundu
07:16
Fransanın Fontenblo meşəsində yanğın bir həftədən çoxdur davam edir
06:51
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
06:47
İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
06:38
Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər
06:32
İsrail bir neçə vətəndaşının Suriyaya qanunsuz giriş cəhdinin qarşısını alıb
06:24
Meksikada 5,0 bal gücündə zəlzələ baş verib
06:19
Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür
06:15
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
06:08
TRAMP: “Mən kompensasiya almaq istəyirəm”
06:00
BDT Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqinə qarşı çıxıb
05:54
“Hörmüzə nəzarəti ələ keçirəcəyik”- TRAMP
05:43
Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür
05:39
Ərdoğan: Türkiyə NATO-nun ən güclü tərəfdaşlarından biri olaraq qalır
05:34
İran iki tankeri vurdu - Ölən və yaralananlar var
05:28
Reuters: İranın Kiş adası yaxınlığında iki partlayış baş verib
05:23
Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
05:19
Ölən qardaşının yerinə təyin edildi
05:12
İnsan və balıq beyni düşündüyümüzdən daha oxşardır
04:44
Alimlərdən xərçənglə bağlı gözlənilməz kəşf
04:00
İnsan beyninin “xəritəsi” yaradıldı: alimlərdən mühüm kəşf
03:00
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
02:16
Çin “DeepSeek anı” ilə texnologiyada yeni dövr başladığını bəyan edir
02:15
5,5 milyonluq nadir kərtənkələlər Polşaya aparılarkən tutuldu
02:00
CENTCOM İrana yeni zərbələr dalğasını elan etdi
01:17
Alimlərdən sensasion iddia - HƏYAT YENİDƏN BAŞLAYIR
00:51
Diyetoloqdan vacib xəbərdarlıq - "Bu səhvi etməyin!"
00:41
14.07.2026
Tramp xalqa müraciət edəcək
23:40
Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır – KALLAS TARİXİ AÇIQLADI
23:30
Rusların sursat anbarı VURULDU
23:20
"Neftçi" son yoxlama oyununda rəqibinə uduzub
22:49
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
22:29
Beynəlxalq dil sertifikatları ilə bağlı müzakirələrə DİM-dən CAVAB
21:50
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR