"Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında bir barel üçün 85 dolları ötərək 2026-cı il iyunun 15-dən bəri ilk dəfə bu həddi keçib.
EDnews xəbər verir ki, bu barədə birja məlumatlarında bildirilib.
Məlumata əsasən, saat 04:16-ya olan vəziyyətə görə, "Brent" markalı neftin qiyməti 2,04 faiz artaraq 85,02 dollar təşkil edib.
Saat 04:23-ə olan məlumata görə, "Brent" markalı neftinin fyuçersləri 2,78% bahalaşaraq 85,64 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, "WTI" markalı neftin 2026-cı ilin iyul ayı üzrə fyuçersləri 8,25% bahalaşaraq bir barel üçün 80,42 dollara yüksəlib.







