“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 52 il davam etmiş müharibədən sonra atəşkəsə dair tarixi sülh sazişi imzalandı. Bazar günü keçirilən referendumda 50.2 faiz "Yox", 49.8 faiz isə "Hə" dedi.
47 milyon əhalisi olan Kolumbiyada təxminən 13 milyon seçici səs verib.
Xatırladaq ki, son 52 ildə 250 min insanın ölümü ilə nəticələnən, 6 milyon nəfəri yurd-yuvasından edən müharibə sülh sazişi ilə yekunlaşıb. Hökümət rəhbərləri isə referendumun sürprizlə nəticələndiyini açıqlayıblar. Hökümət sülh sazişinə əməl etməkdə israrlıdır.