"Eurasia Diary" - nin diplomatik mənbələrə istinadən bildirir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
Məlumata görə, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.
Qeyd edək ki, soyuqdəymə ilə əlaqədar müalicə alan N.Nazarbayevin görüş qrafikində yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısı təxirə salınıb.
Azərbaycanın energetika naziri Natiq Əliyev bir müddət əvvəl iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası komissiyasının Astanada keçirilən 13-cü iclasında Nursultan Nazarbayevin Bakıya səfərinin oktyabrın 12-də baş tutacağını bildirmişdi.