İŞİD Mosulda əhalini canlı sipər olmağa vadar edir. Pentaqonun sözçüsü Jeff Davis deyib ki, İŞİD şəhər əhalisini güclə saxlayır, onların harasa getməsinə icazə vermir ki, şəhərə girən İraq silahlı qüvvələrinin qarşısını ala bilsin.
Hazırda Mosulda milyon yarım adamın qaldığı məlumdur. Beynəlxalq Miqrasiya Təşkilatı da əhalinin şəhərdə zorla saxlandığını, üstəlik İŞİD-in kimyəvin silahdan istifadə ehtimalının olduğunu bildirib.
İŞİD əvvəllər kürd döyüşçülərinə qarşı kimyəvi silah işlədib. Hazırda Pentaqon bu ehtimalın doğru olub-olmadığını araşdırır.
İraq döyüşçüləri və peşmərgə qüvvələrinin hərbi bazası Mosulun 20-50 kmliyində yerləşdirilib.Pentaqon döyüşün uğurla getdiyini açıqlayıb.