Venesuelanın paytaxtı Karakasda xalq Nikolas Maduro hökümətinə etiraz məqsədilə 12 saatlıq tətilə çıxıb.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, mağaza və məktəblər bağlanıb, əhali gününü evdə keçirməyə başlayıb.
Bəziləri isə 12 saatlıq tətilə etiraz edərək onlara qoşulmayıb.
Maduronun müavini Diosdado Cabello isə 12 saatlıq tətilə qoşulanların mallarına əl qoyulacağını deyib.
Dövlət Başçısı Nikolas Maduro isə televiziyada verdiyi açıqlamada maaşların 40 faiz artıralacağını dilə gətirib.
Qeyd edək ki, dünən Karakasda Prezident Maduro hökümətinə qarşı on minlərlə insanın qatıldığı mitinqlər keçirilib.