Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə bağlı müqavilə haqda daha ətraflı düşünəcəyini deyib.
Seçki kampaniyası zamanı D.Tramp ölkəsini iqlim dəyişikliyi haqda Paris anlaşmasından çıxaracağını bildirmişdi. "The New-York Times"ın əməkdaşlarıyla görüşdə o, insanların fəaliyyətiylə qlobal istiləşmə arasında əlaqə olduğunu düşündüyünü, ona görə də anlaşma barədə tez qərar verməyəcəyini söyləyib.
Paris anlaşması istiləşməyə səbəb olan tullantıların azalmasını nəzərdə tutur. D.Trampın anlaşma haqda seçkidən əvvəlki çıxışları ətraf mühit müdafiəçilərini və alimləri narahat etmişdi.