Rusiyada təyyarə faciəsi ilə əlaqədar sabah matəm elan edilib.
Bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
“Rossiya 24” kanalına müsahibəsində Putin qəzanın ətraflı araşdırılacağını və hadisə nəticəsində ölənlərin ailələrinə yardım ediləcəyini deyib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 7 dəqiqə sonra radardan itib. Təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. İndiyədək qəzada ölən 10 nəfərin cəsədi aşkar edilib.