Ərdoğanın məğlubiyyətə bərabər qələbəsi Paytaxtsız qalan AKP

Analitika 14:48 01.04.2019

Qonşu Türkiyə Respublikasına keçirilən seçkilər yerli və beynəlxalq mətbuatda rezonansa səbəb olub. Qeyd edək ki, seçkilər gərgin mübarizə və sağlam rəqabət şəraitində keçirilib. Türkiyədə seçkilərin nəticələrini ekspertlər Eurasia Diary üçün dəyərləndirib.

Türkiyədəki seçkilərin ilkin nəticələrinə nəzərə salaq. 99 faiz səslərin sayılmasında sonra partiyalar baxımından ümumi nəticə AKP-nın xeyrinə olsa da ( AKP - 44,42%, CHP - 30,07%, İYİ Partiyası - 7,46%, MHP - 7,25%, HDP - 4,22%, Səadət Partiyası - 2,68% və digər siyasi partiyalar 1%-dən az), ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən şəhər bələdiyyələrinə rəhbərlik sahəsində vəziyyət hakim partiya üçün heç də ürəkaçan deyil. Belə ki, CHP ölkənin paytaxt bələdiyyəsi - Ankara ilə yanaşı, böyük şəhərlərdən - İzmir, Eskişəhər, Adana, Antalya, Mersin, Aydın, Muğla, Hatay kimi turistlər üçün cəlbedici olan bələdiyyələrə nəzarət edəcək. İstanbul böyük şəhər bələdiyyəsinə gəlincə, burda nəticələr şübhələr yaradır, çünki keçmiş baş nazir Binəli Yıldırımla CHP-çi namizəd Ekrem İmamoğlunun nəticələri bir-birinə çox yaxındır. Demək olar ki, hər ikisi 47 faiz ətrafında səs toplayıb. Odur ki, İstanbul şəhər bələdiyyəsi üzrə nəticələrə yenidən baxılacaq. Lakin bu seçkilərdə çox da aktiv kompaniya həyata keçirməyən CHP-nin xüsusən böyük şəhərlərdə AKP-yə zəfər çalması xüsusi qiymətlənidirləsi hadisədir. CHP-nin bu uğurunun sirri CHP bələdiyyələrinin xidmət, elm və mədəniyyət sektorlarında daim izlədiyi sosial proqramlar hesab edilə bilər.

yerel seçim sonuçları ile ilgili görsel sonucu

 

 

"Müxalifətin bələdiyyə seçkilərində uğurunun başlıca səbəbi seçkilərdə birgə iştirakla izah olunur. Bununla yanaşı, bu seçkinin maraqlı nəticələrindən biri də müxalifət bloku daxilində milliyyətçilərin önə çıxmasıdır. Bundan başqa, müxalifətin paytaxt bələdiyyəsinə nəzarəti ələ keçirməsi gələcəkdə siyasi qüvvələr nisbətinin onların xeyrinə dəyişməsində əhəmiyyətli rol oynaya bilər. Bu ilin sonunda da Azərbaycanda da bələdiyyə seçkiləri planlaşdırılır. Bu məqsədlə büdcədən ayrılacaq vəsaitin həcmi 53 milyon 900 min manatdır. Ölkə və regionların idarəçiliyinə statusu və səlahiyyəti olmayan bələdiyyələr 20 il bundan əvvəl yaradılsa da hələ də yerli icra hakimiyyətlərinin altqurumu kimi fəaliyyət göstərir. Bakıda şəhər bələdiyyəsi statusunun olamaması bu seçkilərə siyasi və ictimai marağı daha da azaldır. Azərbaycan hakimiyyəti isə ətrafda baş verənlərdən nəticələr çıxarmır. Bununla da nəinlki siyasi prosesləri, xüsusilə də paytaxt və respublika tabeli şəhərlərə xaricdən sərmayə cəlbini əngəlləyir və bütövlükdə regionları sosial-iqtisadi inkişafdan saxlayır" deyərək,  prof. Qubad İbadoğlu Türkiyədəki seçkiləri təhlil edərkən bildirib.

 

 

Türkiyədəki seçkilərin ümumi mənzərəsi aydındır. AKP ən çox səs toplayan partiya olub. Ancaq AKP bu səsləri xüsusilə də Şərqi Anadoludakı zəfərləri MHP elektoratının güclü dəstəyi nəticəsində əldə edib. MHP dəstəyi ilə böyük şəhərlərdə ağır məğlubiyyətə uğrayan AKP kim bilir MHP dəstəyi olmadan nə duruma duşərdi...
 
Burada MHP lideri Devlet Baxçalının “beka meselesi” deyərək aylar əvvəl AKP ilə ittifaqa razı olmasının nə qədər önəmli olduğu bir daha aydın oldu. Cumhur ittifaqından ən çox xeyir qazanan da elə MHP oldu. Beləki, MHP-nin daimi elektoratının olduğu Amasya, Manisa, Osmaniyə və s. şəhərlərdə AKP MHP-ni dəstəklədi və nəticədə MHP rahat və problemsiz zəfər çaldı. MHP isə İstanbul, Ankara, İzmir və digər böyük şəhərlərdə AKP dəstəklədi. Lakin bunu da qeyd etmək lazımdır ki, böyük şəhərlərdə MHP dəstəyi olduqca aşağıdır.

 

 Zaten Baxçalının da hədəfi böyük şəhərlər deyildi. Kürdlərin çoxluq təşkil etdiyi Cənub-Şərqi Anadalu bölgəsində seperatçı və terrorçu partiya olaraq qeyd etdiyi HDP-nin məğlubiyyətini təmin etmək “Türkmən bəyi”nin əsas məqsədi hesab edilirdi. Bu məqsədi reallaşdırmaq üçün Baxçalı xüsusən bu regionda yaşayan ülkücüləri AKP namizədlərini maksimum səviyyədə dəstəkləyə çağırdı. Nəticədə Baxçalının “beka problemi” (Yəni, Türkiyə dövlətinin müstəqillik və mövcudluğu məsələsi) həll edildi. Cumhur ittifaqı Cənub-Şərqi Anadaluda əsas siyasi güc olan HDP-ni sıradan çıxardı. Ötən seçkilərlə müqaisədə HDP-nin səs faizi 20%-dən 3%-ə qədər gerilədi. Ərdoğan isə məqsədlərinə çata bilmədi. Onun planı başdan yalnış qurulmuşdu. Beləki, AKP əsas böyük şəhərlərdə MHP-dən dəstək gözləyirdi, ancaq MHP-nin böyük şəhərlərdə siyasi nüfuzu elə də güclü deyildi. (MHP-nin əsas tərəfdarları Mərkəzi Anadolu hesab edilir) Dünənki seçkilərdə bu bir daha sübut edildi.

bahçeli seçim sonuçları ile ilgili görsel sonucu

 

 

 Bu seçkilərdə əslində AKP məğlubiyyətə bərabər qələbə qazandı. Belə ki, Ərdoğanın partiyası əsas mübarizələrin getdiyi böyük şəhərlərin sadəcə birində, Bursada zəfər qazana bildi. İstanbulda belə qələbəsi şüphəlidir və buradakı rəqəmlər bir-birinə çox yaxındır. Əgər İstanbul bələdiyyəsini AKP qazansa belə seçki nəticələri bir daha sübut etdi ki, xüsusən də böyük şəhərlərdə yaşayan vətəndaşlar nə Ərdoğana, nə də onun namizədlərinə dəstək vermirlər. Ərdoğanın komandasının seçkilərdəki uğursuzluğu sadəcə Ankaranı və digər böyük şəhər bələdiyyələrini itirmək deyil, MHP-nin dəstəyilə bu qədər zəif nəticə göstərməkdir. Bu seçkilər bir daha göstərdi ki, AKP-nin iqtidarını davam etdirməsi əsasən MHP-nin dəstəyindən asılıdır. Ərdoğanın bu seçkidəki əsas və bəlkədə yeganə uğuru TürkiyəninCənub Şərqindəki ərazilərdə kürdlərin partiyası sayılan HDP-nin nüfuz dairəsini kiçiltmək və onun əlindəki bir çox bələdiyyələri seçki yoluyla ələ keçirmək oldu. Qeyd etmək lazımdır ki, bu Cumhur İttifaqının əsas məqsədi idi.

 

Ərdoğan da uğursuzluğun fərqində idi. Dünən axşam saatlarında, Ankaradan məğlubiyyət xəbərləri gəldikdən sonra ilk dəfə İstanbuldan televiziya qarşısına çıxdı. Burada həmişə görməyə alışdığımız səsi gurlayan, məğrur duruşlu, rəqiblərini yerin dibinə soxan Ərdoğan yox idi. Sakit səs tonuyla seçimi dəyərləndirən Ərdoğan istənilən halda xalqımızın iradəsinə sayğı duyuruq deməklə Ankaradakı ağır məğlubiyyətə şərh verdi. Ərdoğan hələ ötən ildən ölkə daxilində ciddi narazılıq olduğunu anlamışdı və məhz bu narazılıqları nəzərə alaraq Ankara, İstanbul və digər böyük şəhərlərdə əvvəlki namizədləri dəyişmişdi. Ancaq görülən odur ki, namizədlər dəyişsə də gözlənilən nəticə dəyişmədi.

 

Ərdoğan haqlı olaraq qeyd etdi ki, partiyası artıq 15-ci dəfədir ki, seçkilərdə ən çox səs toplayan partiya olub.  Ancaq sözlə ifadə etməsə belə Ərdoğan da artıq Türkiyədə hər şeyin dəyişdiyini başa düşmüşdü. Bəli, Partiyası 15-ci dəfə seçkilərdən zəfərlə ayrılırdı ancaq bu dəfəki bir az buruq bir zəfər idi. Ona görə də qısa və lakonik danışan Reisi-Cumhur Ərdoğan “4 il vaxtımız var və çox şeyi dəyişəcəyik” deməklə öz tərəfdarlarına və ona səs verməyən vətəndaşlarına “reform və islahat” sözü verdi.

erdoğan  yerel seçim sonuçları ile ilgili görsel sonucu

 

Ankara məğlubiyyəti həm Ərdoğan, həm də partiyası üçün bir dərs olmalıdır. Əgər o, köklü dəyişikliklər həyata keçirə bilməsə və MHP siyasi xəttini öz maraqlarına uyğun dəyişsə 4 il sonrakı seçkilərdə Türkiyədə yeni iqtidar və yeni siyasi sistem müşahidə edə bilərik.

 

Nicat İsmayılov

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
Hamısı