Ermənistan üçün ən pis ssenari Bakının işğalçıya “sürprizi”

Analitika 16:25 03.07.2019

Böyük sərmayələrin yoxluğu, İrana və Rusiyaya açılan “xilas qapıları”nın da qapanma təhlükəsi düşmən ölkəni daha da çıxılmaza soxub; erməni şərqşünas-akademik: “Ən pis ssenariyə hazır olmalıyıq...” 

Srağagün Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) Azərbaycan qazını Avropaya nəql etmək üçün tam hazır vəziyyətə gətirildiyi bəlli oldu. SOCAR-ın məlumatına görə, dəhlizin axırıncı seqmenti olan TAP (Trans Adriatik Qaz Boru Kəməri) layihəsi də tamamlandıqdan sonra “Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan Azərbaycan təbii qazı Avropaya nəql ediləcək. Bu da gələn ilə təsadüf edəcək.

Beləliklə, Azərbaycan bununla öz gəlirlərini daha da artırmış olacaq, həm özünün, həm qardaş Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Yada salaq ki, ötən ildən etibarən Azərbaycan TANAP üzərindən Türkiyəyə qazın ilkin nəqlinə başlayıb. Bununla da iki qardaş məmləkət Avropanın enerji təhlükəsizliyində, onun Rusiyadan enerji asılılığının azaldılmasında, faktiki, vazkeçilməz ölkələrə çevrilib.

Azərbaycan dünya ilə, Avropa ilə iqtisadi-ticari, energetik bağları artırıb möhkəmləndirirkən, qardaş Türkiyə ilə birgə Avropanın enerji təhlükəsizliyinin, bütövlükdə milli təhlükəsizliyinin təmin edilməsində daha ciddi rola sahiblənirkən işğalçı Ermənistan blokada vəziyyətində “izqoy ölkə” taleyini yaşamağa davam edir, bu durumdan qurtuluşun yolunu arayır. Qarabağ konfliktinə, işğal siyasətinə görə Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada rejimi, Ermənistanın neft-qaz və nəqliyyat layihələrindən kənarda saxlanması azmış kimi, artıq işğalçı ölkənin xarici aləmə çıxışını təmin edən olan-qalan qapılar da bağlanma təhlükəsi ilə üzləşib. Söhbət Gürcüstanın Rusiya ilə münasibətlərinin daha da kəskinləşməsinə gətirən və hələ də davam edən Tiflis olayları səbəbilə Gürcüstan yolunun, ABŞ-la münasibətlərin pisləşməsi üzündən isə İran sərhədinin bağlanması ehtimalından gedir. Erməni ekspertlər və siyasilər özləri də bu vəziyyəti görür və həyəcan təbili çalırlar.

*****

İlgili resim

“İran ətrafında artan gərginlik tamamilə mümkündür ki, Ermənistan üçün bir sıra neqativ situasiyalara, hətta İran-Ermənistan sərhədinin bağlanmasına gətirsin”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikri Novostink.am erməni portalına Ermənistan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, mövcud situasiya əsla optimizm vəd etmir: “ABŞ bütün gücü ilə İranı təcrid eləməyə, sanksiya rejimini sərtləşdirməklə Tehranın xarici siyasət kursunu dəyişdirməyə çalışır. İranın xarici siyasəti - təkcə regionda deyil, həm də dünyada az sayda müstəqil siyasətlərdəndir. Bunun nəticəsidir ki, ”Ərəb baharı"ndan sonra Tehrana özünün geosiyasi təsirini paradoksal şəkildə ciddi ölçüdə güclənirmək və bu təsiri İraqa, Suriyaya və Livana yaymaq müyəssər olub. Bu, ona imkan verib ki, Aralıq dənizinə çıxsın. Aydın məsələdir ki, belə nəticələr ABŞ-ı narahat etməyə bilməz".

armenia erevan ile ilgili görsel sonucu

Bununla belə, erməni akademik ABŞ və İran rəhbərlərinin bəyanatlarının analizi əsasında onların arasında hərbi konflikt variantını az ehtimallı sayır: “ABŞ bundan sonra da İranın izolyasiyasına çalışacaq, təzyiqi artıracaq, o ümidlə ki, iqtisadi vəziyyətin pisləşməsi hakimiyyətə qarşı kütləvi etirazlara səbəb olacaq. İran ətrafında situasiya Ermənistana təhlükələr vəd edir - xüsusən də Rusiya-Gürcüstan münasibətlərində növbəti, ciddi problemlərin baş qaldırması fonunda. Bu da Rusiya ilə Gürcüstan arasında Yuxarı Lars Gömrük Buraxılış Məntəqəsinin qismən və ya bütünlüklə bağlanmasına gətirə bilər”.

Erməni akademik ölkə rəhbərliyini belə ssenariyə də hazır olmağa çağırıb.

*****

Bu arada Ermənistan rəhbərliyi ölkəyə xarici sərmayə qoyuluşu üçün uğursuz cəhdlərini davam etdirir. Baş nazir Nikol Paşinyanın nəticəsiz Çin səfərinin ardınca indi də prezident Armen Sərkisyan eyni məqsədlə yenidən Avropaya üz tutub. “Yeni Müsavat”ın məlumatına görə, Cenevrədə səfərdə olan Sərkisyan burada BMT baş katibinin ticarət və inkişaf üzrə (UNCTAD) müavini ilə görüşüb, onun rəhbərlik etdiyi qrupdan Ermənistanın investisiya siyasətinə dair məruzə hazırlamağı xahiş edib (qrup 7 nəfərdən ibarətdir və BMT baş katibinə ölkələrin cari və perspektiv iqtisadi inkişafı ilə bağlı tövsiyələr verir). Ermənistan prezidenti qarşıdakı payızda hazır olacaq bu məruzənin ölkəsinə xarici sərmayələrin cəlb olunması baxımından mühüm hesab etdiyini deyib.

karabakh osce ile ilgili görsel sonucu

Ancaq blokada rejimində, izolyasiya şəraitində olan və dünya okeanına çıxışdan məhrum, nəhayət, müharibə vəziyyətində olan işğalçı ölkəyə belə tövsiyə-məruzələrin nə faydası? Heç bir normal iş adamı, sərmayəçi belə məkana, xarici borcu ildən-ilə artan ölkəyə sərmayə yatırmaz. Heç xaricdəki zəngin ermənilər də buna həvəsli deyillər, o ki qala qeyri-erməni sahibkarlar.

Bakının Ermənistan üçün ən pis ssenarisi də elə budur: işğalçının öz gücünə ayağa qalxması artıq qeyri-mümkündür. Yalnız Azərbaycan və Türkiyənin hesabına Ermənistan ayağa dura, öz normal inkişafını, tərəqqisini və təhlükəsizliyini təmin edə bilər. Zaman-zaman yazdığımız kimi, Ermənistanın xoşbəxtliyi həmsərhəd olmadığı Rusiya ilə vassal asılılığında yox, məhz qonşu Azərbaycan və Türkiyə ilə ittifaqda, dinc-yanaşı yaşamaqdadır. Yolu bəlli...       

“Yeni Müsavat”ın analitik xidməti

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı