Qarabağda fransız silahları Bakı və Parisin “Yol xəritəsi”

Analitika 18:38 04.07.2019

Silahlanma yarışında Azərbaycanla ayaqlaşa bilməyən düşmən ölkə indi də Fransadan gileylənməyə başlayıb; Ermənistan XİN-in təlaşı, erməni lobbisinin ölkəmizə qarşı yeni təxribat cəhdi...

İşğal faktını nəzərə alan Azərbaycan özünün hərbi qüdrətini və silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmağa davam edir. Bu məqsədlə təbii ki, yerli hərbi-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirilir. Yeni hərbi zavodların və hərbi şəhərciklərin salınması o sıradadır. Bakı həmçinin qabaqcıl Avropa dövlətlərinin hərbi məhsullarına çıxış əldə eləməyə çalışır. Onların arasında Avropa Birliyinin (AB) aparıcı üzvlərindən olan  Fransa da var.

“Yeni Müsavat” xatırladır ki, ötən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunub: hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri olan ”Naval Group" (əsasən sualtı qayıqlar və gəmilər inşa edir) və “Thales” şirkəti. Sonuncu hava hərəkətinin idarə olunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim eləmişdi.

Sərginin keçirildiyi günlərdə məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Söhbət iki ölkənin müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməklə bağlı anlaşmasından gedir. Bunu “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi bildirmişdi. O, məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını söyləmişdi.

“Paris Air Show-2019" ile ilgili görsel sonucu

Ötən ay isə Fransa paytaxtında keçirilən “Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olunmuşdu. Ancaq daha önəmlisi bu idi ki, sərgi çərçivəsində Azərbaycan hərbi sənaye nazirinin müşaviri Fərrux Vəzirov Fransanın ”Nexter", “Thales” (Bakı sərgisində iştirak edib), “CS Communication”, “Lacroix” rəhbərləri ilə görüşüb. Görüşdə hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Məsələn, “Nexter” şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil, əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb, tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə “yol xəritəsi” müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbaycana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib. Sərgi çərçivəsində Fransa Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Thomas Lorne ilə də görüş olub. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yaradılması istiqamətində danışıqlar aparılıb.

*****

Adex 2018 ile ilgili görsel sonucu

Gözlənildiyi kimi, iki ölkə arasında hərbi-texniki sahədə yaxınlaşma işğalçı Ermənistanda ciddi narahatlıq yaradıb. Artıq düşmən tərəfdən narazılıqlar eşidilməyə başlanıb.    

“Ermənistan ümid edir ki, Qarabağda Fransa silahından istifadə olunmayacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan İrəvanda dünən keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, regionda sürətlə silahlanma  Ermənistan XİN-in diqqətindədir. “Bura Fransa və Azərbaycanın hərbi-sənaye sahəsində əməkdaşlığı məsələsi də daxildir. Çox vacibdir ki, Fransa silahlanmaya embarqo məsələsində ardıcıl olsun və Azərbaycanla əməkdaşlıqdan kənarda qalsın - hansı əməkdaşlıq ki, bölgədə hərbi balansı poza bilər”, - deyə Naqdalyan vurğulayıb. 

Rəsmi İrəvanın təlaşı anlaşılandır. Birinci o səbəbə ki, işğalçı ölkənin Azərbaycanla silahlanma yarışında ayaqlaşması mümkünsüzdür. Bundan əlavə, Fransa regionun ən zəngin, mühüm və açar ölkəsinin Ermənistan deyil, məhz Azərbaycan olduğunun artıq fərqindədir. O zaman niyə də Azərbaycanın bu üstünlüyündən fransız şirkətləri faydalanmasın? Hər necə olmasa, müasir dünyada dostluq və müttəfiqlik ilk növbədə qarşılıqlı maraqlar və ortaq iqtisadi faydalar üzərində qurulur. Ermənistanın belə imkanları yoxdur. Olsaydı da, Rusiya qoymazdı. Nəhayət, yaddan çıxarmaq olmaz ki, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir.

*****

France gyn in Karabakh ile ilgili görsel sonucu

Onu da yada salaq ki, keçən ay Fransa məhkəmələri bu ölkənin bir neçə şəhərinin merlikləri ilə separatçı Dağlıq Qarabağdakı yaşayış məntəqələri arasında bağlanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Bu kimi gəlişmələr sözsüz ki, təkcə Ermənistandakı iqtidarı deyil, Avropadakı erməni lobbisini də təlaşlandırır. Bu da isti fakt: Fransadakı erməni lobbistlər yeni təxribata start veriblər. Belə ki, “Yeni Müsavat” Minval.az-a istinadən verdiyi xəbərə görə, Burq-de-Pej fransız şəhərinin meri Natali Niezon müqavilə ləğv olunsa da, işğal altındakı Xocavəndin (keçmiş Martuni - red.) rəhbəri Mqer Xaçaturyana məktub göndərib. Məktubda o, artıq qüvvədə olmayana “dostluq haqda bəyannamə”yə sadiqliyini və separatçı rejimə dəstəyini ifadə edib, Xocavəndə gəlmək istədiyini yazıb - təbii ki, qanunsuz yolla.

France gun Karabakh ile ilgili görsel sonucu

Göründüyü kimi, bəzi fransız məmurlar erməni lobbisinin güclü təsiri altında yenə Azərbaycana qarşı təxribata və Fransa qanunlarını tapdamağa sövq edilir. Ümid edək ki, Fransanın müvafiq üst qurumları merin bu özbaşınalığına hüquqi qiymət verəcək. Hər necə olmasa, rəsmi Paris beynəlxalq hüquqa sayğılı olduğunu bəyan edir. Hər halda, işğal altındakı Azərbaycan şəhərləri ilə Fransa şəhərləri arasında imzalanmış qanunsuz “dostluq müqavilələr”inin ləğvi bu inamı gücləndirib. Bakı ilə Paris arasında hərbi-texniki əməkdaşlığın təşəkkül tapması da beynəlxalq hüquqa əsla zidd deyil, əksinə, işğala məruz qalan ölkənin istənilən yolla öz ərazi bütövlüyünü bərpa eləmək haqqından qaynaqlanır... 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Hamısı