Qazilərə dövlət qayğısı hansı səviyyədədir? Azərbaycan və qonşu dövlətlərin müqayisəsi

Analitika 11:02 01.10.2019

Son günlərdə Qarabağ qaziləri, onların sosial durumaları və problemləri ilə əlaqədar müxtəlif məlumatlar yayılır. Ümumiyyətlə, cəmiyyətimizin həssas hesab ediləcək bu təbəqəsinin sosial durumu bütün ictimaiyyətin, əsas da hökumətin daim diqqət mərkəzində olmalıdır.

Qonşu respublikalarda qazilərə dövlət dəstəyi hansı formada həyata keçirilir?

Qonşu və qardaş Türkiyə Cumhuriyyətinin qazilərə yönələn sosial siyasəti bütün dünya dövlətləri üçün bir örnək təşkil edir desək, yəqin ki, yanılmarıq.

Türkiyədə Qazilərə dövlət tərəfindən verilən güzəşt və imtiyazlara aşağıdakılar misal göstərilə bilər:

türk gazileri ile ilgili görsel sonucu

  • Qazilər və ailə üzvləri, xəstəxanalarda pulsuz mualicə almaq hüququna sahibdir; (Qeyd edək ki, Türkiyədə xəstəxanalar sığorta sistemi əsasında pullu fəaliyyət göstərir)
  • Qazilərin nəqliyyat vasitələrindən istifadəsi pulsuzdur;(Buraya gəmi, qatar, avtobus, metro daxildir)

  • Qazi övladlarına orduda və dövlət qulluğunda xidmət üçün şərait yaradılır, imtiyazlar verilir, onlar imtahansız işə qəbul edilir;

  • Qazilər vəfat etdiyi zaman onlar üçün hərbi mərasim keçirilir;

  • Qazilərin yaşadıqları mənzil üzrə aylıq işıq pulu ödəmələrinə 40%, su pulu ödəmələrinə 50% endirim edilir;

  • Qazi övladları imtahansız təhsil təqaüd proqramlarına daxil edilir;

  • Qazilər ölkə daxilindəki müxtəlif idman yarışlarına pulsuz izləyə bilər;

  • Qazilər üçün muzey, tiyatr və digər incəsənət mərkəzlərinə giriş də pulsuzdur;

  • Qazilər həcc ziyarətinə Türkiyə Dəyanət İşləri Başqanlığı tərəfindən pulsuz olaraq, növbəli əsasda göndərilir;

  • Qazilərə Türk hava yollarından ölkə daxili uçuşlar üçün 20%, ölkə xaricinə təkil edilən uçuşlar üçün 40% endirim tətbiq edilir.

Bundan savayı qeyd etdmədiyimiz onlarla sahədə qazi və ailələrinə yardım və güzəştlər edilir.

İran İslam Respublikasında da dövlət tərəfindən qazilərə geniş imtiyazlar verilir.

irans veteran ile ilgili görsel sonucu

Qazilər aylıq sosial muavinətlər alır və pulsuz tibbi xidmətdən yararlanırlar. İranda qazilər və ailə üzvləri üçün dövlət yeni iş imkanları yaradır, qazi övladlarının imtahansız işə qəbulu təşkil edilir. Qazi övladları xüsusilə orduda və dövlət qulluğunda xidmət üçün xüsusi imtiyazlar əldə edir. Qazi övladlarının ali təhsil almasında da İranda bir sıra güzəştlər tətbiq edilir. Belə ki, burada 100 ballıq sistemdə qəbul imtahanı zamanı hətta 50, 60 bal toplayan qazi övladlarının yüksək nüfuzlu universitet və ixtisaslarda təhsil alması təmin edilir. Qazilərə xüsusilə maliyyə-kredit sahəsində ciddi yardımlar edilir, onlara faizsiz kreditlər verilir və onlar bir sıra vergilərdən azad edilir.

Bədxah qonşumuz Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir.

erməni veteranlar ile ilgili görsel sonucu

Qarabağ müharibəsindən sonra müharibədə iştirak edən bir çox yüksək rütbəli zabitlər dövlət rəhbərliyinə gətirilsə də müharibədə iştirak edən sıravi döyüşçülərin həyatında ciddi dəyişikliklər baş vermədi. Hazırda Ermənistanda Qarabağ veteranları 80 dollardan, 200 dollara qədər aylıq muavinətlər alırlar. Qeyd edək ki, 2013 və 2015-ci illərdə bu ölkədə muharibə əlilləri və veteranlarının kütləvi aksiyaları keçirilirdi. Bu aksiyalara səbəb isə aylıq muavinətlərin aşağı olması idi.

Bəs Azərbaycanda dövlət qazilərə hansı sosial yardımları həyata keçirir?

İlgili resim

Mövzuyla bağlı Eurasia Diary-ə Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu eksklüziv açıqlamalar verib:

“Azərbaycanda Qarabağ əlillərinə dövlət tərəfindən pulsuz mənzillər və maşınlar verilir. Təbii ki, bu mənzillər evi olmayan qazilərə, növbəli şəkildə verilir. Qarabağ əlilləri, şəhid ailələri və onlara bərabər tutulan şəxslər bundan savayı pensiyalar və prezident təqaüdləri alırlar. Qarabağ əlilləri həm pensiya, həm də prezident təqaüdü alır. Onların aldıqlar muavinət əlliliyin qrupuna  və rütbəyə görə, daşıdıqları vəzifəyə görə fərqləndirilir”- deyə qazi qeyd edib.

Qazi övladlarının təhsili

R.Kərimoğlu Qarabağ muharibəsi əlillərinin övladlarının ali təhsil xərclərinin dövlət tərəfindən ödənildiyini bildirib:

“2014-cü ilə qədər bu problem mövcud idi, lakin Qarabağ Qazilər Birliyi və Qarabağ Əlilləri Cəmiyyətinin prezidentə müraciətindən sonra Qarabağ əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqları dövlət tərəfindən ödənilməsi haqda fərman imzalandı. Artıq 5 ildir ki, Qarabağ əlillərimizin övladları dövlət hesabına təhsil alır”.

Qazilər üçün ən problemli sahə- Səhiyyə

R.Kərimoğlu qazilərin ən çox problemlə üzləşdiyi sahənin səhiyyə sektoru olduğunu vurğulayıb:

“Səhiyyə pulsuzdur” məntiqi ilə yanaşsaq hər vətəndaş kimi Qarabağ əlillərinə də tibbi xidmət pulsuzdur. Lakin qazilərimizin ən çox problemlə üzləşdiyi sahə səhiyyədir. Qazilərin mualicələri üçün lazım olan ağır əməliyyatlar böyük pullar müqabilində başa gəlir. Biz dəfələrlə təşkilat adından müraciətlər edərək yüzlərlə qazimizin əməliyyatlarını pulsuz həyata keçirməyə müəssər olmuşuq. Lakin bu heç də bütün qazilərimizin pulsuz mualicə olunduğu mənasına gəlmir.

Hazırda tibbi sığorta məsələsi də gündəmdədir. Tibbi sığorta haqqında qanunda Qarabağ əlilləri və şəhid ailələrinin tibbi sığorta haqlarının dövlət tərəfindən ödəniləcəyi qeyd edilir. Lakin tibbi sığorta haqqında qanunda qazi ailələri ilə bağlı heç bir güzəştdən bəhs edilmir. Ona görə də biz xahiş edirik ki, qazilərlə birlikdə onların ailə üzvlərinin də tibbi sığorta pulunu dövlət ödəsin. Ən azından qaziyə illərlə xidmət etmiş həyat yoldaşının pulsuz tibbi sığorta hüququ olmalıdır”.

R. Kərimoğlunun sözlərinə görə “Qazilərin nəqliyyat və kamunal güzəştləri faktiki olaraq ləğv edilib”:

“2001-ci ilə qədər bütün Qarabağ əlilləri, veteranlar, şəhid ailələri, 20 yanvar əlillərinin nəqliyyat və komunal güzəştləri var idi. Bu güzəştlər 2001-də ləğv edildi və onların yerinə kompensassiyalar verildi. Sora o kompensassiyalar muavinətə çevrildi və ən son bu muavinətlər prezident təqaüdünə çevrildi. Bu çox ciddi məsələdir. Bu təbəqənin faktiki olaraq nəqliyyat-komunal haqları ləğv edilib. Hazırda yalnız bu şəxslərə prezident təqaüdləri verilir”.

Qazilərin sosial imtiyazları ilə bağlı təkliflər

“Türkiyədə şəhid ailəsi və qazilərin ailə üzvləri məcburi dövlət qulluğuna qəbul edilir. Biz təklif edirik ki, şəhid ailəsinin üzvü dövlət qulluğuna imtahandan kənar və ya müəyyən güzəştlərlə qəbul edilsin.

Azərbaycanda təxminən 60 min muharibə veteranı var, 14 min nəfər isə Qarabağ əlili var. 14 min Qarabağ əlinin təxminən yarısı dövlət tərəfindən maşınlarla təmin edilib. Bir qisminə evlər də verilib. Lakin burada ciddi problem var. Sözügedən maşınlar hərəkət məhdudiyyəti olan şəxslərə verilmir. Gözü, qolu olmayan, başından travması olan qazilərə dövlət maşın vermir. Biz isə təklif edirik ki, bu maşınlar bütün əlillərə verilsin. Ola bilər ki, onlar özləri bu maşınlardan istifadə edə bilməsinlər, lakin ailə üzvləri bu maşınlar vasitəsilə onları ən azından xəstəxənaya apara bilər.

Ən ciddi məsələ isə müharibə veteranlarına ilə bağlıdır. Bu şəxslərə ayda 80 manat məbləğində prezident təqaüdündən və gəliri 500 manatdan aşağı veteranlardan ədv vergisinin tutulmamasından savayı heç bir sosial haqq, güzəşt verilmir.

Qazilərin və şəhid ailələrinin ən çox narazı qaldıqları məsələlərdən biri də notarius və digər sosial xidmət qurumlarında sənəd və digər xidmətlərin pullu olmasıdır. Nə üçün şəhid ailəsi və ya Qarabağ əlili notariusda bir sənədi təsdiqlətmək üçün rüsum ödəməlidir?!”- deyə R. Kərimoğlu əlavə edib.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
Hamısı