Ermənilərin "Xaç Atası"nın həzin sonu! Tehranda cəsədi, İrəvanda heykəli

Analitika 15:00 03.12.2019

Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Onlar elə tayfadandırlar ki, bir neçə il yaşayandan sonra bütün dünyaya bu torpaqların ata və babalarına aid olduğunu qışqıracaqlar

Bu ifadələrin sahibi polyak əsilli, rus dramaturq, yazıçı-diplomat Aleksandr Sergeyeviç Qriboyedovdur!

Tarixdə və günümüzdə bəlkə də erməni xislətini açıq-aşkar dediyi sözlərlə tam mükəmməl ifadə edən ikinci bir şəxs olmayıb.

İndi isə bu şəxsi yaxından tanıyaq.

Aleksandr Qriboyedov 1795-ci il yanvarın 4-də Moskvada, zabit ailəsində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra 1806-ci ildə Moskva Universitetinə daxil olub. O, qeyri-adi fitri istedada sahib olduğu üçün bir neçə dəfə mükafatlandırılıb, hətta 13 yaşında filologiya elmləri namizədi olub və 8 dilə mükəmməl yiyələnib. 1818-ci ilin iyul ayında Qriboyedov rus diplomatik nümayəndəliyinin katibi kimi İrana göndərilib və burada iki il işləyib. O, İranda keçirdiyi günləri əsərləri və gündəliklərində təsvir edib. 1819-cu ildə yanvar ayında İrəvana, oradan Təbrizə, sonra da Tehrana gedib. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilib.

Yazının əvvəlində qeyd olunan rus diplomatın ermənilərlə bağlı fikirləri heç də onun anti-erməni mövqeyə sahib olması anlamına gəlmir. Onun Rus Çarına yazdığı həmin alçaldıcı məktub oxucunu aldatmasın. Çünkü bu şəxsin Azərbaycanın qan yaddaşında əsaslı imzası olub. İmza demişkən bu imza elə-belə imza deyildi məhz diplomat imzası idi! Bu imzası ilə Azərbaycan tarixində dərin və silinməz iz qoyan Qriboyedovun vətənimizlə bağlı mənfur fəaliyyətinin ağrıları hələ də hiss edilir. Bu məsələni tətqiq edən şəxslərdən biri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlıdır. Məhərrəm bəy tarixi yaralarımızdan biri olan Türkmənçay müqaviləsini şərh edərkən bildirib ki, XIX əsrin əvvəllərində baş vermiş I və II Rus-İran müharibələri zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da yaxından iştirak ediblər ki, bunlardan da biri Aleksandr Sergeyeviç Qriboyedov idi: “O, Türkmənçay müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynayıbdır. Tanınmış rus yazıçısı və diplomatı olan bu şəxs Azərbaycan xalqının ikiyə bölünməsində, ermənilərin Azərbaycan ərazisinə köçürülməsində aparıcı rol oynamaqla yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə öz cinayətkar əməllərinin qurbanı olub. Qriboyedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində “bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu” yazıb”.

Qriboyedovun Tiflisdəki mənzilinin erməni bazarında olması və erməni general Mədətovla yaxınlığı tarixi sirr deyil. Ölümünə 2 il qala saysız-hesabsız erməni dostlar qazanmışdı. Həmin dövr üçün araşdırma aparsaq regionda yerləşən müsəlmanlara qarşı məkrli planların hər birində məhz onun iştirakçı olduğunu görə bilərik.

İkinci Rus-İran müharibəsindən sonra qalib tərəf kimi rus diplomatlarının bir qismi İrana təzyiq göstərməyi və Rusiyaya müharibədə dəyən zərərin qarşılığının artıqlamasıyla alınmasını məsləhət görsə də, Qriboyedov onlara qarşı çıxıb, bunun əvəzində ermənilərin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsinin daha məqsədə uyğun olduğunu bildirib. Onun fikrincə, ermənilərin Şimali Azərbaycanda yerləşdirilməsi Rusiya üçün əlavə güc və daha etibarlı dayaq olacaqdı. Qriboyedovun bu planının əsasında Naxçıvan, Qarabağ və İrəvan əhalisinin etnik xəritəsini köklü şəkildə dəyişdirmək dururdu.

Əvvəllər torpaqlarımıza 80 mindən çox rus kazakının köçürülməsi təklif edilsə də Qriboyedovun Tiflisdə, diplomatik şöbəyə rəhbər təyin edilməsindən sonra bu plan rədd edildi, kazak köçü yerini erməni köçünə verdi. Qriboyedov, planın təsdiq olunması üçün əlindən gələni əsirgəmədi və milliyətcə erməni olan polkovnik Lazarev də bu prosesdə ona dəstək oldu, layihənin həyata keçməsinə rəhbərlik etdi. İlkin olaraq Rusiya xəzinəsi və İrandan alınan müharibə xərclərinin hesabına 40 min nəfər erməni Şimali Azərbaycan torpaqlarına yerləşdirildi. Bu köç sayı 1828-ci il və  1913-cü illər ərzində daha da artırıldı.

Ermənipərəst siyasətiylə Qriboyedovun Xalqımıza vurduğu maddi-mənəvi zərbələrin ağrısını hələ də çəkməkdəyik.

Bundan başqa Qriboyedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqub Markaryanı himayəsinə götürməsi, baş vəzir Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək geri qaytarmaması və digər hərəkətləri şəhər əhalisinin hiddətinə səbəb olur.

Tehranın ruhani başçısının çağırışı ilə yüz mindən artıq əhali Qriboyedov və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplanır. Qriboyedovun əmri ilə gözətçilər dinc əhaliyə atəş açır və bunun nəticəsində çoxlu sayda insan həlak olur. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü əhalinin səbr kasasını daşırır. Onlar binaya daxil olaraq Qriboyedovu və 53 nəfər səfarətxana sakinini (onların 15 nəfəri erməni idi) öldürürlər. Qriboyedovun və digər iki rusun atlara bağlanılan cəsədləri üç gün paytaxt küçələrində sürüdülür. Yalnız dördüncü gün bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri gizlin şəkildə dəfn edir...

Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar siyasətinin ideoloqu olan Aleksandr Qriboyedov öz cinayətkar əməllərinin qurbanı olub. Elə XX əsrin axırlarında Polyaniçkonun, Starovoytova və başqalarının faciəsi də Xalqımıza qənim kəsilənlərə dərs olmalıdır. Azərbaycan Xalqı ona edilən yaxşılığı da, pisliyi də unutmur.

Necə deyərlər “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”

Bu gün ermənipərəst Qriboyedovun heykəlinin Azərbaycanın tarixi incilərindən biri olan İrəvanda  və məhz elə onun köçürdüyü ermənilər tərəfindən təhqir olunması bir daha onu göstərir ki, damarlarında erməni qanı axan heç bir varlığa yaxşılıq yaramır. Atalar yaxşı deyib “Nə əkərsən, onu da biçərsən”. Qriboyedovun əkdiyini özü biçdiyi kimi, "bəhrəsini" də heykəli gördü!

Bu məqaləni yazmaqda məqsədim odur ki, sabah-birigün Bakı Slavyan Universitetində “çaşıb” Qriboyedova da anım mərasimi keçirilməsin...

Fəqan MUXTARLI

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
17:30 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Hamısı