Azərbaycan hökuməti koronavirusla necə mübarizə aparır? "Səhiyyə Nazirini nə görən var, nə də eşidən"

Analitika 16:20 13.03.2020

Son günlərdə Azərbaycan ictimaiyyəti koronavirusa yoluxma hallarının artması və ilk virus daşıyıcısı həmyerlimizin vəfat etməsi üzündən həyəcan içindədir. Belə bir zamanda hökumətin xalqdakı bu panikanı aradan qaldırmaqdakı səriştəsi və mövcud krizisi idarə etmək bacarığı sınanır.

Hökumət koronavirusla bağlı hansı kritik qərarlar qəbul edib?

27 yanvar tarixində hökumət koronavirusla bağlı ilk kritik qərarını qəbul etdi. AZAL rəhbərliyi Çinə uçuşların dayandırılacağını bildirdi.

3 gün sonra Nazirlər kabineti yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planını təsdiqlədi. Və bunun ardınca sərhəd-görmük məntəqələri gücləndirilmiş iş rejiminə keçdi, bir çox məntəqədə, xüsusilə də İranla sərhəd ərazilərdə dezinfeksiya işləri həyata keçirildi.

27 fevral tarixində koronavirusun  Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı.

 Qeyd edək ki, bu qərərgah hər gün mövcud durumla bağlı açıqlamalar verir. Ümumilikdə, qərərgahın virusla mübarizədə öhdəsinə düşən işi lazımınca yerinə yetirdiyini  qeyd etmək lazımdır.

Bununla belə virusun ölkəyə yayılmasını əngəlləmək mümkün olmadı. İlk yoluxma faktı 28 fevral tarixində qeydə alındı.

Nazirlər Kabineti yanında operativ qərərgahdan verilən məlumata görə virusa yoluxan şəxs Rusiya vətəndaşı idi və İrandan Azərbaycana gəlmişdi. Bu xəbərdən sonra demək olar ki, hər gün İrandan ölkəyə gələn vətəndaşlarda virus aşkar edildiyi məlumatları yayılmağa başladı. Mart ayın 5-də  Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyevin verdiyi məlumata görə ölkədə virusa yoluxan və karantina alınan şəxslərin sayı 500-ü ötmüşdü.

Ardınca hökumət ikinci kritik addımı atdı və 29 fevral tarixində İranla sərhədləri bağladı. İrandakı azərbaycanlı vətəndaşların böyük bir qismi təxliyyə edildi və onların bir qismi karantinə alındı.

Hökumətin virusla mübarizədə ən uğurlu addımı 2 mart tarixində qəbul edilən bütün təhsil müəssisələrində tədris prossesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması haqqında qərarın qəbul edilməsi oldu.

Bu qərar bəzi valideynlər tərəfindən tənqid edilsə də, uşaqlarda gigiyenik şüurun və immunitetin zəif olmasını nəzərə aldıqda qərarın nə qədər doğru olduğunu bir daha anlayırıq.

Koronavirusa yoluxma hallarının artmasından sonra apteklərdə spirt və maskaların “yoxa çıxması” və  qiymətlərinin kəskin bahalaşması problemi yarandı. Bu problemsə İlham Əliyevin 3 mart tarixində Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında kollektivlə görüşü zamanı mövzuyla bağlı səsləndirdiyi sərt fikirlərdən bir gün sonra həll edildi.

“Bonotdel”in uğurlu əməliyyatı nəticəsində qara bazara çıxarılmış bir milyondan çox maska ələ keçirildi və apteklərə paylanıldı. Hal-hazırda şəhərdəki əksər apteklərdə maska və spirt qıtlığı yaşansa da ciddi qiymət artımı müşahidə edilmir.

10 mart tarixində Nazirlər Kabineti yanında operativ qərərgahdan daha bir qərar gəldi: Novruz şənikləri ləğv edildi.

12 martda isə  koronavirus infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edildi.

əli əsədov ile ilgili görsel sonucu

Bu günədək Əli Əsədovun rəhbərliyi ilə hökumətin koronavirus krizisini və neft qiymətinin kəskin ucuzlaşmasının yaratdığı iqtisadi riskləri maksimum səmərəli idarə etdiyini qeyd edə bilərik. Ə.Əsədov öz komandası ilə prezidentin sözügedən sahələrdəki müvafiq göstərişlərini maksimum səviyyədə yerinə yetirmək üçün əlindən gələni edir.

Bəs Səhiyyə Nazirliyi koronavirusla mübarizədə öhdəsinə düşən işləri görə bilirmi?

Şübhəsiz ki, hökumətin virus krisizini idarə etməsindəki ən böyük axsaqlıq Səhiyyə Nazirliyinin fəaliyyətində müşahidə edilir.

Yanvar ayından bu günədək Baş Nazir daxil olmaqla bütün hökumət üzvləri bu məsələ ilə məşğuldur.Lakin Səhiyyə Naziri Oqtay Şirəliyevi nə görən var, nə də ki,eşidən. Mart ayının 5-də virusla bağlı xüsusi müşavirə keçirməsindən savayı heç bir real iş ortaya qoymayan Şirəliyev, nazir kimi xalqı panikadan çıxarmaq üçün bir dəfə belə olsun mətbuata açıqlama verməyib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Səhiyyə Nazirliyi tərəfindən şəhər və rayon poliklinikalarında ciddi proffilaktik tədbirlər görülməyib, həkim və tibb bacıları virus barədə məlumatlandırılmayıb. Hətta tibbi xidmət işçilərinin böyük bir qismi hələ də maska və digər qoruyuculardan məhrumdur.

oqtay şirəliyev ile ilgili görsel sonucu

Həmçinin əksər poliklinikaların girişində bokslar quraşdırılmayıb, klinikalara daxil olan vətəndaşların qızdırma və digər epidemik göstəricilərinin yoxlanlıması üçün heç bir tədbir görülməyib.

Qeyd edək ki, Cəlilabad və digər cənub rayonlarında karantinə alınan vətəndaşların saxlanıldığı şərait barədə də Səhiyyə Nazirliyi heç bir rəsmi açıqlama verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə karantinə alnan şəxslər su, maska və dərmanların olmamasından, düzgün müalicənin aparılmamasından şikayətlənirdilər.

Bəs onların şikayətlərinə reaksiya verildimi? Əldə etdiyimiz məlumata görə son günlər karantinə şəraiti  barəsində şikayətlər azalsa da, hələ də bu problem öz həllini tapmayıb.

Koronavirusla mübarizədə hökumət daha nələr edə bilər?

Hökumətin koronavirus krizisini indiyədək normal idarə etdiyi qeyd edilə bilər. Lakin çatışmayan cəhətlər də var. Məsələn, metro və  avtobuslarda gigiyenik qaydalara əməl edilməsinin zəruriliyi və virusun yayılmasını önləyəcək tədbirlərin əks olunduğu məlumat lövhələr quraşdırıla bilər. Metrolarda hər 5-10 dəqiqədən bir virusla bağlı maarifləndirici məlumatlar səsləndirilə bilər. TƏBİB və Səhiyyə Nazirliyi əməkdaşları tərəfindən xüsusi idarələrdə, ictimai nəqliyyatda və xalqın kütləvi toplaşdığı ərazilərdə maarifləndirici tədbirlər və seminarlar təşkil edilə bilər.

Ən sadə maarifləndirici tədbir kimi Səhiyyə Nazirliyinin saytında bir sərlövhə açmaq mümkündür. Məsələn, Türkiyə və ABŞ Səhiyyə Nazirliyinin saytına daxil olarkən, ilk olaraq, koronavirus barədə məlumatlandırıcı sərlövhə açılır.

Türkiyə demişkən, Türkiyənin Ankara şəhər bələdiyyə başqanı Mənsur Yavaşın koronavirusla mübarizə üçün atdığı addım bütün hökumətlərə örnək kim göstərilməlidir. Belə ki,  qərara əsasən Ankarada su istifadəsinə görə borcu olan vətəndaşların iki ay boyunca suyu kəsilməyəcək. Məlumdur ki, həkimlər virusdan qorunmaq üçün gigiyenik normalara əməl etməyi və əlləri tez-tez yumağı tövsiyyə edir. Ona görə də Yavaş bu qərarı ilə vətəndaşın su problemi ilə üzləşməsinin qarşısını alıb. Bənzər bir qərarın Bakıda, xüsusilə də regionlarda qəbul edilməsi yerinə düşər.

mansur yavaş ile ilgili görsel sonucu

Gürcüstan bankları isə vətəndaşlar üçün kredit borclarının ödənişini üç ay təxirə salıb. Buna səbəb gürcülərin əsas gəlir mənbəyinin turizm sektoru olmasıdır. Koronavirus və neft qiymətlərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Bu baxımdan Nazirlər Kabineti Gürcüstan hökumətinin sözügedən qərarını təkrarlaya bilər...

Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı