İsrail İsgəndərov "Məhəmməd Yunusdan məsləhət almaq istərdim"

Analitika 15:21 15.05.2020

İlk növbədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna,“EDNews.net” Beynəlxalq Analitik İnformasiya portalına, onun rəhbərliyinə, məqaləni tərcümə edənlərə bu məqaləni tərcümə edib Azərbaycan ictimayyətinə təqdim etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Dünya şöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus pandemiyadan sonrakı dövrdə dünyadakı dəyişikliklərin konsepsiyasını açıqlayıb.

M.Yunusun məqaləsinin mətni ilə buradan tanış ola bilərsiniz: (https://ednews.net/az/news/analytical-wing/427826-kohne-dunyaya-qayitmamaliyiq-yeni-ve-dayaniqli-bir-dunya-insa-etmeliyik#.XrWqGrKKUz8).

Məqalə yığcam və dünya ictimayyətinə dolğun bir islahat mesajı baxımından əvəzolunmazdır. Məqalənin girişində də qeyd edildiyi kimi proqram post-pandemiya dövrü üçün yenidənqurma konsepsiyası kimi də qəbul oluna bilər. Əlbəttə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə vaxtilə Məhəmməd Yunus kimi bir “ nəhəngi”in “Kasıbların Bankiri” adlı kitabını Azərbaycan dilinə tərcümə etdirdiyinə və elm adamları, vətəndaş cəmiyyəti qurumlarının, rəsmilərin iştirakı ilə kitabın təqdimatını təşkil etdiyinə, eləcə də müəllifin Azərbaycana səfərini təşkil etdiyinə görə xüsusi təşəkkürlər düşür.  

İlk növbədə məqalənin adına diqqət çəkmək istəyirəm. “Yenidənqurma” anlayışı bizim yaddaşımızda müsbət təəssürat yaratmır, proqramı elə “Davamlı İnkişaf Proqramı” adlandırmaq olar. Yeri gəlmişkən BMT-nin “Davamlı İnkişaf” proqramını mövcud vəziyyətə uyğun yeniləmək məqsədəuyğundur.

Məqalədə “Koronavirus pandemiyası”nın vurduğu ziyan və yaratdığı imkanların miqyası müqayisə edilir. “Dəyən zərər nə qədər böyük olsa da, onun bizim üçün yaratdığı imkanlar da misilsizdir” fikri ilə razılaşıram, lakin ziyan göz qabağındadır, imkanların miqyasını necə ölçəcəyik? Bununla Məhəmməd Yunus kimi bir nəhəngin dediklərini şübhə altına salmaq niyyətində deyiləm, əksinə bu imkanlardan istifadənin yolları barədə müəllifdən əlavə məsləhətlər almaq istərdim. Bəli, artıq hər kəsə aydındır ki, əksəriyyətin dediyi kimi dünya əvvəlki dünya olmayacaq, bəs nə dəyişəcək, necə dəyişəcək, kim dəyişdirəcək? Bu sualların cavabı kimi məqalədə çox qısa da olsa mesajlar verilib. Məqalədə deyildiyi kimi “Biz “yenidənqurma” paketinə ictimai şüuru hərəkətə gətirən plan və fəaliyyətlərdən başlamalıyıq. Böhran içində olduğumuzu nəzərə alsaq, bütün planlar günü bu gün hazır olmalıdır. Çünki böhran aradan qalxdıqda, pas atıb qalmış köhnə fikir və üsullar yenidən meydana çıxacaq”. Çox gözəl və yerində deyilib, heç bir gündə gecikə bilmərik, qeyd olunan pas atmış köhnə fikirlər və üsullar (mən bura məkrli sözünü də əlavə edərdim) məqam axtarır, həmişə istifadə etdikləri “biz hələ hazır deyilik” ifadəsini cəmiyyətə sırımaqla özlərinin məkrli, pas atmış, köhnə fikirlərini gündəmə gətirəcəklər. Biz, Azərbaycan cəmiyyəti olaraq buna hazır olmalıyıq, biz sübut etdik ki, bu mübarəzəni özümüz qura və idarə edə bilərik. Ölkə rəhbərliyinin vaxtında ciddi və peşəkar qərarvermə qabiliyyəti, dövlət strukturlarının əksəriyyətinin yanaşması sübut etdi ki, kənardan müdaxilə və dəstək olmadan da Azərbaycan cəmiyyəti çox çətinliklərə qalib gələ bilər. Dövlətimiz istəmədiyi halda bundan əvvəl bir neçə dəfə fövqəladə vəziyyət və ya ona yaxın olan kritik durumlarla üzləşib. Bu problemlərin hər birində dövlət dərhal operativ addımlar atıb. Bu cür proseslərin hər birində effektiv idarəetmə metodunu ortaya qoyub. Məhz bu hadisələrdən təcrübə yığaraq, situasiyanı düzgün təhlil edərək pandemiya dövründə də kifayət qədər düzgün yanaşma tətbiq edə bildik. Bu prosesdə vətəndaş cəmiyyətinin üzərinədə kifayət qədər öhdəlik düşür.

Məqalədə diqqəti cəlb edən daha bir məqam isə pandemiyadan əvvəl dünyada gedən proseslərə bir nifrətin formalaşdığını gündəmə gətirməkdir. Bəli buna görə həm günahkarıq, həmçinin nifrət etmək haqqımız var. Məhəmməd Yunusun bu fikirini əsas götürərək əvvəlki dönəmə qayıtmaq istəyənlərə ciddi mesajlar vermək bizim vətəndaşlıq borcumuzdur. Məqalədə qoyulduğu kimi “İndi həmin dünyaya gerimi qayıtmalıyıq? Seçim bizimdir”. Məncə Azərbaycan dövləti artıq seçimini edib, son günlərdə aparılan islahatlar da bunu sübut edir. Bizim geriyə, pandemiyadan əvvəlki dövrə dönmək fikirimiz yoxdur.

Məqalədə diqqətimi cəlb edən başqa bir məqam isə iqtisadiyyatın əsas güc deyil, bir vasitə olduğunun vurğulanmasıdır. İqtisadiyyatmı birincidir, yoxsa idarəetməmi sualı müxtəlif dövrlərdə mübahisə mövzusu olmuşdur. İndi isə Məhəmməd Yunus cənabları iqtisadiyyatın ancaq bir vasitə olduğunu vurğulamaqla bu məsələyə bir daha aydınlıq gətirdi. Məqalədə tövsiyə olunduğu kimi “Bir anlıq unutmamalıyıq ki, bu, bizim hazırladığımız bir vasitədir”. “Post-pandemiya zamanı yenidənqurma proqramı bütün qərarların mərkəzində sosial və ətraf mühit anlayışını əsas götürməlidir” ifadəsi isə bu vasitənin necə istifadə edilməsinə bir mesajdır. Bəli, dünyada müxtəlif layihələrdə bu məqam müəyyən dərəcədə nəzərə alınır, lakin yaxşı halda ətraf mühitə dəyən ziyan üçün gəlirlərin 1-2% miqdarında vəsait ayrılır. Mənim fikirimcə ətraf mühitə ziyan verəcək layihələrin icrası minimuma endirilməli, ciddi nəzarətdə saxlanılmalı, onun bərpası üçün ayrılan vəsaitin miqdarı dəfələrlə artırılmalı, sosial məsələlər isə ön plana çıxmalıdır.

Hörmətli Məhəmməd Yunusun “Hökumətlər digər bütün seçimlərlə müqayisədə cəmiyyətin sosial və ətraf mühit məsələlərinə maksimum fayda gətirəcəyinə əmin olmayacaqları təqdirdə heç kimə bir dollar belə təklif edilməyəcəyinə qarant durmalıdırlar” fikirinə isə “beynəlxalq maliyyə qrumları” və “donor təşkilatlar” sözünü əlavə etməyi məqsədəuyğun sayardım.  

Məqalənin ən maraqlı hissələrindən biri isə Sosial biznes hissəsidir. Bu məsələ Məhəmməd Yunusun ömrünü həsr etdiyi bir məsələdir. Məqalənin əvvəlində qeyd edildiyi kimi onun bu sahədə yüzlərlə məqaləsi, mühazirəsi, kitabı çap olunub. Bu məsələ zaman-zaman Azərbaycanda da gündəmdə olub (https://socialentrepreneur.az/ , https://ednews.net/az/news/society/200440-sosial-sahibkarliq-ve-onun-azerbaycanda-formalasdirilmasi-imkanlari-arasdirilir, https://www.facebook.com/pg/Sosial-Sahibkarl%C4%B1q-2032386266992208/about/?ref=page_internal).

Azərbaycanın milli mentalitetində, adət və ənənələrində öz icmasının sosial məsuliyyətini qəbul etmək kimi bir amil həmişə olub. Son dövrlərin büdcəsi sosial büdcə olub, dövlətimizin də sosial yönümlü dövlət olduğuna bir sübutdur. Korporativ Sosial Məsuliyyət məsələsi isə daim gündəmdə olsa da daha ciddi yanaşma tələb edir. Biznes cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, korporativ məsuliyyət mədəniyyəti formalaşdırılmalıdır. Vaxtilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası bu məsələni gündəmə gətirmiş, nəticə olaraq Azərbaycan dilində ilk dəfə olaraq 2015-ci ildə “Korporativ Sosial Məsuliyyət” adlı dərs vəsaiti və “Korporativ sosial məsuliyyət xartiyası” hazırlanmış və ictimayyətə təqdim edilmişdir.

Pandemiya dövründə də Azərbaycan bütün bu məsələlərdə sosial amilə daha çox önəm verən ölkələrdən oldu, sosial dövlət statusunu bütün iqtisadi çətinliklərə baxmayaraq hər zaman olduğu kimi, bu gün də qoruyub saxlaya bildi.

Hörmətli Məhəmməd Yunus bu məqaləsində dünya ictimayyətinə “Sosial sahibkarlıq və sosial siyasət”in bir daha gündəmə gətirilməsinin vacibliyi mesajını verdi. “Kompleks yenidənqurma planında mən, aparıcı rolun biznesin yeni forması olan sosial biznesə verilməsini təklif edirəm” deməklə müəllif əslində iqtisadiyyatın əsas istiqamətinin hara yönəlməli olması barədə yol xəritəsinin əsasını qoymuşdur.

Müəllifin “Hökumətlər ənənəvi rifah proqramları vasitəsilə yoxsul və işsizlərə qayğı göstərməli, səhiyyə sistemini gücləndirməli eləcə də, bütün zəruri xidmətləri təkmilləşdirməsi yolu ilə sosial biznes seçimlərinin zəif olduğu biznes sahələrinə dəstək proqramına start verməlidir” fikri ilə isə qismən razıyam. Düşünürəm ki, bu cümlədə təhsilin də prioritet olduğu yaddan çıxmamalıdır. Ümumiyyətlə təhsil sistemi də yenidən qurulmalı, universitetlər biznes universitetlərinə, biznes mərkəzlərinə deyil (bunun üçün təlim və digər mərkəzlər var) klassik təlim və tərbiyə müəssisələri sisteminə qayıtmalıdır.

Ümumiyyətlə isə qeyd edildiyi kimi müəllif bu məqalədə hökumətlərə sosial biznesi inkişaf etdirmək üçün yol xəritəsinin əsas istiqamətlərini hazırlamaq üçün bir istiqamət vermişdir.

Müəllif “Nə qədər ki, iqtisadiyyat yalnız mənfəət artımı üçün bir elm olaraq qalır, biz sosial və ekoloji şüuru əsas götürən yenidənqurma proqramına tamamilə etibar edə bilmərik” mesajını verməklə əslində iqtisadiyyatın və iqtisad elminin yenidən qurulmasını və sosial sahibkarlığın iqtisadiyyatda çəkisinin sürətlə artmasını təklif edir.

Məhəmməd Yunus məqalənin “İnsanlar iş axtaran kimi deyil, sahibkar kimi dünyaya gəlir” hissəsində isə dolayı yolla vətəndaş cəmiyyəti təşkilatlarının post pandemiya dövründə vəzifələri və rolları barədə də bir mesaj vermişdir. “Yenidənqurma proqramı vətəndaşlarla hökumət arasında ənənəvi iş bölgüsünü aradan qaldırmalıdır” deyərək müəllif vətəndaşlarla hökumət arasında əlaqəni yaratmağa iddia edən və bu hüququ illər ərzində qazanmış vətəndaş cəmiyyəti təşkilatlarının proqramda nə qədər əhəmiyyətli rola malik olmasını bir daha xatırladır.

Müəllif məqalənin sonunda biz geciksək, fürsəti “özlərinin məkrli, pas atmış, köhnə fikirlərini cəmiyyətə sırıyan” digərlərinə vermiş olacağıq deməklə məsələnin ciddiliyini bir daha cəmiyyətə çatdırır. Bu insanların fəaliyyəti və fürsətcilliyi bizə yeni, daha təhlükəli və eybəcər bir dünya verəcəyinə əmin olmalıyıq.

İsrail İsgəndərov

"Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı Direktoru 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı