BMT-nin tranzit və nəqliyyat məhdudiyyətlərinin yumşaldılması üçün birgə müraciəti

Analitika 17:47 15.06.2020
Birləşmiş Millətlər Təşkilatı (BMT) dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin tranzit və nəqliyyat məhdudiyyətlərinin yumşaldılması üçün müraciət edib.
 
EDNews.net müraciətin mətnini təqdim edir:
 

COVID-19 pandemiyası dövrümüzün qlobal səhiyyə böhranıdır. Bu pandemiya dünyada fəsadlar törədərək insanların əziyyət çəkməsinə səbəb olur. Onun uzun sürən sosial, iqtisadi və saysız təsirləri bir müddət dünyanın bütün bölələrində hiss ediləcəkdir. “COVID-19”-un yayılmasının qarşısını almaq üçün görülən tədbirlər tələbatın azalmasına, xidmət sektorlarında vəziyyətin pisləşməsinə, xammal qiymətlərinin düşməsinə və milyonlarla insanın iş yerini itirməsinə səbəb olmaqla, işsizlik və yoxsulluq kimi problemlər yaratdı. Dünyanın bütün bölgələrində ticarətin sıngiməsi ilə iqtisadiyyatın kəskin şəkildə zəifləyəcəyi gözlənilir. 2020-ci ildə qlobal yük daşımalarının həcmi pandemiyadan əvvəlki dövrlə müqayisədə iki və ya üçdə bir dəfədən çox azala bilər.

Bu böhranın gətirdiyi risklər dünyada pandemiya ilə mübarizəyə hazır olmayan nisbətən həssas ölkələrdə daha yüksəkdir. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (DÇOİEOÖ) qlobal bazarlardan təcrid, tranzit baxımdan qonşulardan asılılıq, məhsuldarlığın aşağı olması, struktur çətinlikləri və xarici zərbələrə qarşı həssas olan ölkələr sırasındadırlar.

Buna baxmayaraq, vəziyyətin daim müsbətə doğru dəyişdiyini də xatırlamaq vacibdir. Belə ki, bir çox ölkələrdə yüksələn xətlə inkişaf tendensiyası mövcuddur. Səhiyyəyə ayrılan xərclərin və potensialın aşağı olması effektiv test sınaqları, diaqnostika və müalicə zamanı ciddi çətinliklər yaradır. Eyni zamanda, bu ölkələrin bir çoxunda xüsusilə daxili karantin rejimi tədbirləri və insanların və malların hərəkətinə beynəlxalq məhdudiyyətlər nəticəsində iqtisadi və sosial şərait sürətlə pisləşir. Mövcud problemləri, eləcə də ölkə iqtisadiyyatında iri çəkiyə malik özəl sektorun və sosial müdafiə tədbirlərinin zəifliyini nəzərə alaraq, DÇOİEOÖ-də sosial-iqtisadi təsir ciddi ola bilər.

Ümumilikdə, karantin tədbirləri, pandemiya və qlobal iqtisadi tənəzzülün təsiri, DÇOİEOÖ-də Davamlı İnkişaf Məqsədlərinə nail olmağa və DÇOİEOÖ üçün 2014-2024-cü illər Vyana Fəaliyyət Proqramına daxil edilən fəaliyyətlərin həyata keçirilməsinə əngəl ola bilər.

DÇOİEOÖ-nin beynəlxalq bazarlara çıxmaq üçün tranzit nəqliyyatından asılı olduqlarını nəzərə alaraq, sərhəd məhdudiyyətlərinə və sərhədlərin bağlanmasına xüsusilə həssasdırlar. Adi vaxtlarda da fəaliyyət göstərən səmərəli nəqliyyat şəbəkələri və tranzit prosedurları DÇOİEOÖ-nin Afrika, Asiya, Avropa və Latın Amerikası ölkələrində əlaqələrinin artması və dünya bazarlarına inteqrasiyasında xüsusilə vacibdir. Bu çətin dövrdə malların bu ölkələrə və oradan da rahat daşınmasını təmin etməyə daha da çox ehtiyac var. Post-pandemiya dövründə DÇOİEOÖ-də tranzit nəqliyyat lazımi tibbi avadanlıqların və əsas istehlak mallarının tədarükünü təmin etməklə səhiyyənin böhrana daha çevik reaksiya verməsi, həmçinin ticarətə və qlobal bazarlara çıxışla iqtisadi artımı stimullaşdırmaq uzunmüddətli perspektiv üçün vacibdir.

“COVID-19”la mübarizədə nəqliyyat sahəsində sanitariya və sağlamlıq tələbləri zəruri malların daşınmasına şamil edilməsə də, bu, yüklərin sərhədlərdən sərbəst keçə bilməsi anlamına gəlmir. Sərhədlərin bağlanması, səyahət məhdudiyyətləri və yoxlamaların gücləndirilməsi quru sərhədlərində uzun növbələrin yaranmasına və dünyanın dəniz və hava limanlarında tıxacların artmasına səbəb olub. Gecikmələrin azaldılması və vacib tədarük zəncirinin qırılmaması üçün UNECE digər regional komissiya və təşkilatların dəstəkyilə onlayn qaydada "COVID-19-a görə sərhəd keçidlərinin vəziyyəti haqqında Rəsədxana" yaratmışdır. Bu Rəsədxana qlobal miqyasda yük daşımaların məhdudlaşdırılması ilə bağlı vacib məlumatlar ötürür.

Bəzi ölkələrdə daxili sərhəd-keçid məntəqələrindəki infrastruktur son dərəcə təhlükəlidir və təkcə sərhədlərdəki proseslərə əlavə çətinliklər yaratmır, həm də işçilər üçün daha yüksək yoluxma riski yaradır. COVID-19 pandemiyası artıq DÇOİEOÖ-dən idxala mənfi təsir göstərməyə başlamışdır.

Pandemiya nəticəsindəq liman xidmətlərinin azaldılması quru nəqliyyatı xərclərinə və nəticədə məhsulların maya dəyərinə təsir edərək dəniz logistika xərclərinin də əhəmiyyətli dərəcədə artmasına səbəb olub. DÇOİEOÖ-nin digər ölkələrlə müqayisədə daha böyük xərclərlə üzləşməsi onların pandemiya dövründə beynəlxalq bazarlarda rəqabət qabiliyyətini aşağı saldığını deməyə əsas verir.

COVID-19 böhranı qətiyyətli addımların atılmasını tələb edir.

Məhsulların rahat daşınmasının təmin edilməsi və ticarət üçün sərhədlərin açıq olması vacibdir. Regionlardakı hökumət və təşkilatları, xalqın sağlamlığını qorumaqla, sərhədyanı nəqliyyat dəhlizlərini və regional nəqliyyat şəbəkələrini mümkün qədər açıq saxlamaq üçün əməkdaşlığa çağırırıq.

İlk öncə, biz hökumətləri malların gecikmələr olmadan və maneəsiz yola çıxması və çatdırılması üçün nəqliyyat və tranzit mallarla bağlı hər hansı bir əsassız məhdudiyyətlərdən çəkinməyə çağırırıq. DÇOİEOÖ üçün tibbi avadanlıqlar və əsas istehlak malları və digər məhsulların sərhəd rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi və tezləşdirilməsi çox vacibdir. İdxal, ixrac və tranzit prosedurları haqqında şəffaflığın və məlumatların əldə edilməsinin təmin edilməsi malların fasiləsiz axınını təmin etmək baxımdan önəmlidir. Biz DÇOİEOÖ-yə və tranzit üzrə tərəfdaş ölkələrə ticarət və tranzitlə əlaqəli məlumatları internetdə, o cümlədən mərkəzləşdirilmiş onlayn ticarət məlumat portallarından istifadə etməklə əldə etmələrini tövsiyə edirik.

İkincisi, indi DÇOİEOÖ-nin və qonşu ölkələrin elektron informasiya mübadiləsi ilə kağız olmadan daşınmalar zamanı fiziki yoxlamaları azaldan, fiziki təmasları məhdudlaşdıran və işçilərin sağlamlığını qorumağa imkan verən ticarətin asanlaşdırılması standartlarından və rəqəmsal texnologiyalardan istifadə etmək vaxtıdır.

Kontaktsiz və sənədsiz sərhəd keçid əməliyyatları, malların və nəqliyyat vasitələrinin elektron izlənməsi və ASYCUDA sistemi vasitəsi ilə gömrük prosedurlarının avtomatlaşdırılmasına, rəqəmsal yük dəhlizlərinin tətbiqinə imkan verən eCMR kimi TİR Beynəlxalq elektron qeydiyyat Sisteminin geniş tətbiqi və  bir çox digər təşəbbüsləri icra etməyin tam zamanıdır.

Yük maşınlarının bütün sərhədlərdə lazımsız və sistematik şəkildə dayanmasına mane olan prosedurlar həyata keçirilməlidir. Kioto Konvensiyası, ÜTT-nin Ticarətin Təşviqi Sazişi, TİR Konvensiyası, Uyğunlaşma Konvensiyası və digər müvafiq hüquqi sənədlər kimi beynəlxalq konvensiyaların icrası bu dövrlərdə tranzit nəqliyyatı asanlaşdırmaq üçün önəm daşıyır.

Üçüncüsü, dünya ölkələrinin hökumətləri bu epidemiyaya yalnız beynəlxalq nəqliyyatda yaranan fasilələri minimuma endirmək üçün deyil, böhrana beynəlxalq yük daşımaları əməliyyatlarını daha dayanıqlı etmək fürsəti kimi baxmalıdırlar. Bununla da, müxtəlif nəqliyyat növlərinin üstün tərəflərindən faydalanmalı və DÇOİEOÖ-nin tədarük zənciri boyunca qarşılaşdıqları maneələri həll etməlidirlər. Məsələn, dəmiryol nəqliyyatının fərqliliyi, uzaq məsafədə az işçi qüvvəsindən istifadə, səmərəliliyi və ətraf mühitin keyfiyyəti baxımdan mövcud vəziyyətdə, xüsusən Avrasiyada fayda verir. Bu baxımdan beynəlxalq dəmir yolu nəqliyyatının istifadəsi daha da stimullaşdırılmalı və asanlaşdırılmalıdır.

Nəhayət, nəqliyyat əlaqələri üzrə qlobal və regional əməkdaşlıq gücləndirilməlidir.  Dövlət və özəl sektorlar tranzit, ticarət və nəqliyyat işlərini asanlaşdırmaq və tədarük zəncirinin və transsərhəd yük əməliyyatları işini dəstəkləmək üçün sıx əməkdaşlıq etməyə çağırılır.

BMT sistemi, analitik və metodoloji vasitələrlə ən yaxşı təcrübələrdən çıxış edərək, potensialın artırılmasını təmin etməklə və hər şeydən əvvəl, DÇOİEOÖ-nin qarşılaşdığı problemlərlə bağlı sistemli qlobal və regional dialoqa dəstək verməklə DÇOİEOÖ-yə və ticarət tərəfdaşlarına dəstəyini davam etdirməyə hazırdır.

Fekitamoeloa Katoa Utoikamanu

Baş Katibin müavini və BMT-nin az inkişaf etmiş və inkişaf etməkdə olan qapalı ölkələr üzrə yüksək dərəcəli nümayəndəsi

Muxisa Kituyi

BMT-nin Ticarət və İnkişaf üzrə assosiasiyasının (UNCTAD) baş katibi

Vera Sonqve

BMT-nin Afrika üzrə İqtisadi Kommissiyasının (ECA) icraçı katibi

Olqa Alqayerova

BMT-nin Avropa üzrə İqtisadi Kommissiyasının (ECE) icraçı katibi

Alisiya Barsena Ibarra

BMT-nin Latın Amerika və Karib bölgələri üzrə İqtisadi Komissiyasının (UNECLAC) icraçı katibi

Armida Salsiya Alisgabana

BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Hamısı