BEYRUT PARTLAYIŞININ HESABI “HİZBULLAH”a KƏSİLƏ BİLƏR: məqsəd İranı Livandan uzaqlaşdırmaqdır

Analitika 09:16 07.08.2020

Aydoğan Kalabalık

Anadolu Agentliyi, Türkiyə, 05.08.2020-ci il

 

4 fevral 2005-ci il tarixində Livanın Baş naziri Rafiq əl-Həririnin öldürülməsindən sonra ən böyük partlayış iki gün öncə Beyrut limanında baş verdi. Dörd mindən çox insanın yaralandığı, 100-dən çox beyrutlunun həlak olduğu məlum insidentin istintaqı aylarla, bəlkə də illərlə davam edəcək.

Politoloqlar Beyrut limanında baş vermiş bu fəlakətin Livan tarixində mühüm dönüş nöqtəsi olacağı və Yaxın Şərqdə təhlükəli proseslərə gətirib çıxaracağı haqqında artıq indidən danışmağa başlayıblar.

Son aylarda yaşanan iqtisadi böhrandan sonra regional qüvvələrin münaqişə zonası sayılan Livanda baş vermiş belə böyük partlayış təsadüf kimi görünsə belə, onun nəticələrinin “strateji həmlə“yə çevriləcəyi istisna edilmir.

Ölkənin idxal və ixracının 70% -nin həyata keçirildiyi strateji limanı yararsız hala gətirən və infrastrukturu məhv edən partlayışın siyasi əməkdaşlıqda “qırılma”lara səbəb olacağı proqnozlaşdırılır.

Livanda son aylarda baş verən iqtisadi böhran, Hizbullahın Suriyadakı konfliktdə birbaşa iştirakı, İranın Hizbullahı dəstəkləməsi və son bir neçə həftə ərzində İsrail sərhədində yaşanan bəzi hadisələrdən sonra meydana gələn partlayış bəzi suallar ortaya çıxarsa belə, hələ ki kənardan birbaşa hücum olduğuna dair heç bir dəlil yoxdur.

Hökumət əleyhinə aksiyaların, siyasi qətllərin və partlayışların kim tərəfindən təşkil edildiyini az-çox proqnozlaşdıran ekspertlər bu miqyasda bir hücumu əldə edilən ilkin məlumatlarla obyektiv qiymətləndirməyin çətin olduğunu vurğulayırlar.

Nəsrullahın “Ammonium nitrat” ​​və “nüvə silahının təsiri” ifadələri

Beyrutun Hizbullahın nəzarəti altında olması və 2 min 750 ton ammonium nitratının yanğından sonra partlaması barədə verilən rəsmi bəyanatlar xeyli maraq doğurdu. Ancaq əsas suallar böyük partlayışdan əvvəl meydana gələn kiçik partlayışlar üzərində cəmləşdi.

Partlayış riski daşıyan bu miqdarda ammonium nitratının illərlə anbarda saxlanılmasına ilk reaksiya Livan Prezidenti Mişel Avndan gəldi. Prezident Twitter hesabında paylaşdığı bəyanatında 2,750 ton ammonium nitratının 6 il ərzində heç bir təhlükəsizlik tədbiri alınmadan bir anbarda saxlanmasının yolverilməz olduğunu bildirdi.

Hizbullah lideri Həsən Nasrallahın bir çıxışında da ammonium nitrat açıqlamaları diqqəti cəlb edir. H.Nəsrullah həmin çıxışında “İsrailin Hayfa limanında ammonium nitrat dolu gəmilərin raketlə vurulması nüvə silahı təsiri yarada və on minlərlə insanın ölümünə yol aça bilər” demiş və bu video dünən axşam sosial mediada yayınlanmışdı.  Körfəz ölkəsindəki bir istifadəçi tərəfindən Nəsrallahın həmin videosunun sonuna “öz-özünə partladı” cümləsini əlavə etməsi diqqətəşayandır. Beyrut Limanında ilk yanğının 12 nömrəli anbarda çıxmasının bildirilməsi və bu yerin Hizbullaha aid olması Nəsrallahı hədəf lövhəsinə çevirə bilər.

Livandakı fərqli xristian qrupların və sünnilərin Hizbullahın fəaliyyətindən narahat olduqları bilinir. Partlayışın bu ağır statistikasından sonra Hizbullaha qarşı sosial reaksiyalarla yanaşı, siyasi tənqidin daha da artacağı gözlənilir.

Siyasi böhrandan sonra baş verən partlayışdan faydalanacaq ölkə

Livanın Maruni patriarxı Bəşəra Butrus er-Rai 15 iyulda Hizbullahı nəzərdə tutaraq verdiyi “Livan neytral qalmalıdır” yönündəki bəyanatını  bir daha təkrarladı.

Partlayışdan bir gün əvvəl, 3 avqustda isə Livan Xarici İşlər naziri Nasif Hitti istefa ərizəsini Baş nazir Həsən Diyaba təqdim etmişdi. Hizbullahın sözügedən hökumətdə təsir gücünün böyük olduğu bilinir.

Beynəlxalq Özəl Livan Məhkəməsi Rafik Haririyə qarşı 14 fevral 2005-ci il tarixində törədilmiş sui-qəsd işinin nəticəsini avqustun 7-də elan edəcək. Bəzilərinin fikrincə, məhkəmə dünya ictimaiyyətinə “Həririnin Hizbullah tərəfindən öldürməsi” faktını bəyan edəcək.

Misirdə fəaliyyət göstərən Əl-Marsad əl-Masry araşdırma mərkəzinin yayımladığı analizdə misirli politoloq Dr. Muhammed Mücahid əz-Zeyyad Beyrut partlayışından əvvəl baş verənlərin Hizbullaha işarə etdiyini deyib.

“Kartları qarışdırmaq və daxili vəziyyəti pisləşdirmək məqsədi ilə təmiz bir kəşfiyyat əməliyyatı” sərlövhəli məqaləsində Zeyyad İsrailin bu partlayışdan ən çox istifadə edən ölkə olacağını proqnozlaşdırır.

Partlayışdan sonra Livanda Hizbullaha daha çox təzyiq ediləcəyini və Nəsrullahın beynəlxalq aləmdə daha çətin vəziyyətə düşəcəyini vurğulayan Zeyyad bu hücumda Səəd əl-Həririnin də hədəfə alındığını düşünür.

ABŞ-ın Livanda aktiv olması üçün imkan

Bəzi müşahidəçilər ölkədə baş verən gərgin hadisələrin və siyasi böhranın Livanı İrandan uzaqlaşdıracağını, onu Avropa və ABŞ-a yaxınlaşdıracağını təxmin edirlər.

Fransız rəhbərliyinin Livana müdaxilə etməsi üçün Vaşinqtona təzyiq göstərdiyini, lakin Donald Tramp administrasiyasının buna hazır olmadığını xatırladan ekspertlər, partlayışın ABŞ-a Livanda daha təsirli olma fürsəti verdiyini düşünür.

Hizbullahın önümüzdəki dövrdə Livanda ən çox itirən tərəf olacağı ilə razılaşan mütəxəssislər daxili siyasətdə Həririnin nüfuzunun artacağını gözləyirlər.

Tərcümə Strateq.az-ındır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı