"Bəyanatın gələcək perspektivləri Rusiya-Türkiyə münasibətlərindən asılı olacaq" Ekspert

Analitika 17:06 11.11.2020

9 noyabr Bəyanatının ən mühüm qayəsi Azərbaycanın məğlub, qaçqın və didərginlər məmləkətindən qalib dövlətə çevrilməsi, bir dövlət və millət olaraq istər regionda, istərsə də beynəlxalq aləmdə çəkisinin artması hesab olunur. Həmin bəyanatda xeyli müsbət və qismən mübahisəli məqamlar mövcuddur ki, onların üzərində dayanmaq olduqca  vacibdir.

Müsbət məqamlara aşağıdakılar daxildir:

1. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq. İşğal altında olan 3 rayonumuz - Ağdam, Kəlbəcər və Laçın qansız-qadasız özümüzə qaytarılır və beləliklə 5+2 formulu tamam yerinə yetirilmiş olur. Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri qaytarılacaq. Geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı anklavıdır. Bu anklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Belə ki, bu kəndlər işğal olunduqdan sonra onlar Ermənistanın Tavuş vilayətinin ərazisi elan edilmişdir.

2. Rus sülhməramlıları münaqişə zonasına erməni hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşəcək; belə olan təqdirdə ermənilərin sülh prosesinə mane olması mümkünsüz olacaq. Artıq rus sülhməramlılarının münaqişə bölgəsinə daşınmasına başlanılıb. Noyabrın 15-dən dekabrın 1-nə kimi Ağdam, Laçın və Kəlbəcər boşaldılacaq və beləliklə Ermənistanın ölkəmizin ərazisində hərbi mövcudluğuna birdəfəlik son qoyulacaq;

3. Əsas qarşıduran tərəflər qismində Azərbaycan və Ermənistanın adı çəkilir, separatçı “DQR”-ə isə ümumiyyətlə toxunulmur. Bu isə separatçı rejimin öz müqəddəratını təyin etmə və status probleminin birdəfəlik gündəlikdən çıxması deməkdir. Belə olan təqdirdə, Ermənistan rəhbərliyi törətdiyi cinayətkar əməlləri  separatçı “DQR”  pərdəsi altında ört-basdır edə bilməyəcək. İstər Ermənistan rəhbərliyi, istərsə də onların Dağlıq Qarabağda yaratdığı xunta rejimi Azərbaycan xalqına qarşı törətdikləri hərbi və müharibə cinayətlərinə görə (Xocalı soyqırımı, Gəncə və Bərdədə törədilmiş hərbi cinayətlər) mütləq cavab verməli olacaqlar;

4. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq. Bu monitorinq mərkəzi Azərbaycan ərazisində rus və türk hərbiçilərinin kondominimum (birgə) prinsipi üzrə fəaliyyəti ilə tənzimlənəcək. Qeyd edək ki, hər iki ölkə arasında atəşkəsə əməl olunmasına nəzarət sahəsində birgə patrul xidmətinin aparılması və əməkdaşlıq təcrübəsi Yaxın Şərq ölkələrində bir sıra qaynar nöqtələrdə tətbiq olunub.

5. Laçın dəhlizi üzrə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan təhlükəsizlik zəmanəti verəcək. Ermənistandan qeyd edilən dəhliz vasitəsilə ölkəmizə neqativ təsirlərin qarşısının alınmasında Azərbaycan mühüm və həlledici rol oynayacaq. Ermənistan da analoji funksiyanı öz ərazisində həyata keçirəcək, lakin Azərbaycandan fərqli olaraq, nəqliyyat sahəsində onun yerinə bu funksiyanı Rusiya FTX-nin SX orqanları həyata keçirəcək. Digər tərəfdən rus sülhməramlılarının Laçın dəhlizinə Şüşa şəhərinə toxunmadan nəzarət etməsi ölkəmizin milli maraqlarına tam cavab verir.

6. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat-kommunikasiya xətti inşa ediləcək. Bu, 100 il Ana Vətəndən ayrı düşmüş Naxçıvana birbaşa quru yolunun təmin edilməsi deməkdir. Muxtar respublikaya Laçın dəhlizindən əlavə, qərb rayonlarımızdan da yeni çıxış xətti əldə etmək mümkün olacaq.

Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan konfliktlə əlaqədar Dilican - Qazax istiqamətində dəmir yolu bir il sonra tamamən fəaliyyətini dayandırmış və bütünlüklə sökülmüşdür. Ermənistanın cənubundan keçən Mincivan-Mehri-Culfa dəmir yolu da Qarabağ müharibəsi zamanı öz fəaliyyətinə son qoymuşdur. Sədərəkdən İrəvan istiqamətində mövcud olmuş xətt isə Ermənistanın işğalçı siyasəti səbəbindən öz əhəmiyyətini itirmişdir. Qeyd edilən nəqliyyat-kommunikasiya xəttlərindən hansısa birinin yenidən bərpa ediləcəyi ehtimalı yüksəkdir.

7. Məcburi köçkün və qaçqınlarımız öz döğma yurdlarına qayıdacaq. Son 26 ildə Ermənistanın işğal altında olmuş ərazilərimizin demoqrafik tərkibini dəyişdirmək cəhdləri alt-üst olur. Bu prosesə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi nəzarət edəcək. 

8. Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Əslində, bu məsələdə Ermənistan hakimiyyəti indiyədək özünü qeyri-səmimi aparıb. Əvvəlki hərbi əməliyyatlar dövründən də xeyli itkin düşən insanlarımız var, onların da taleyinə aydınlıq gətirilməlidir. Məhz bu səbədən bu istiqamətdə zəruri işlər görülməli və işğalçıya ciddi təsirlər göstərilməlidir.

9. Uzun müddət ərzində işğal altında qalmış ərazilərimizdə qanunsuz fəaliyyətlərə son qoyulacaq. Region terrorçulardan, kriminal qruplaşmalardan azad olacaq.

10. Erməni separatizminin dəfni ölkəmizi Avropanın enerji təsərrüfatı ilə bağlayan  transmilli neft-qaz (BTC, BTƏ, TANAP-TAP) lahiyələrinin, habelə, BTQ dəmiryolunun təhlükəsizliyinə tam təminat verir.

Mübahisəli məqamlara isə daxildir:

1. Hər iki tərəf tutduqları mövqedə dayanır. Burada söhbət yeni təmas xəttindən gedir. Formal olaraq təmas xətti deyəndə keçmiş Dağlıq Qarabağ Muxtar vilyətinin sərhədləri nəzərdə tutulurdu, amma həmin vilayət çoxdan yoxdur, üstəlik, Ordumuz Qarabağda Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Xocavəndin və Xocalının kəndlərinin bir hissəsini azad edilib. Yeni reallıq burada işləyəcəkmi? Əgər işləsə o zaman bunu müsbət hesab etmək olar. Bu, 1989-cu ildəki muxtar vilayətin inzibati sərhədlərinin bir qədər də daralması anlamına gəlir.

2. Dağlıq Qarabağda təmas xəttinin saxlanılması geosiyasi mahiyyət kəsb edir. Əgər Laçın və Kəlbəcər boşaldılırsa, o zaman təmas xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhəd xəttindən niyə tətbiq edilməməlidir? Belə olan təqdirdə, Rusiyanın tam boşaldılmış Dağlıq Qarabağda təmas xətti saxlaması hansı məqsəddən irəli gələ bilər? Rus sülhməramlıları orada qarşıduran tərəflər qismində kimləri ayıracaq? Çox güman ki, Rusiya Dağlıq Qarabağda erməni əhalisinin ekzistensional mövcudluğunun və maraqlarının gələcəyinə təminat vermək üçün sülhməramlı qüvvələr yerləşdirməyi məqsədəuyğun hesab edir. Burada riskli məqam ondan ibarətdir ki, Rusiya gələcəkdə regionda öz maraqlarını möhkəmləndirmək məqsədilə milli zəmində qarşıdurma kartından istifadə edə bilər.

3. Arzuolunmaz məqamlardan biri Rusiyanın öz vasitəçilik səylərini hər 5 ildən bir tərəflərin şifahi razılığı əsasında artırmaq hüququdur. Yaxın bir neçə il ərzində qarşıduran tərəflərin Rusiyanın sülhməramlı fəaliyyətinə qarşı çıxacağı ağılabatan görünmür. Sülhməramlı fəaliyyət Rusiyanın daxili işlərə qarışmasına rəvac verə bilər.   Gürcü-abxaz münaqişəsində bunun şahidi olmuşuq.

İstənilən halda, bu bəyanat ölkəmizə qarşı Ermənistanın ərazi iddialarının aradan qaldırılması, Dağlıq Qarabağın Azərbaycanın yürisdiksiyasına qaytarılması, erməni separatizminin ideoloji proqramı olan Miatsum və “Böyük Ermənistan”ın məhvi deməkdir.

Yeni reallıq şəraitində ATƏT-in Minsk Qrupu öz fəaliyyətini saxlaya və ya tamamlaya bilər. Əgər bu format qalarsa, həmsədrlər arasında Rusiyanın münaqişənin nizamlanmasındakı rolu və təsir imkanları xeyli artacaq. Həmin bəyanata əsasən, Rusiya Dağlıq Qarabağda post-münaqişə nizamlanması prosesinin əsas fiquruna çevriləcək.

Türkiyənin isə Rusiya ilə monitorinq mərkəzinə daxil olması, onun atəşkəs rejiminə de-yure nəzarət etməsi anlamına gəlir. Bundan savayı, öz ərazisindən Naxçıvanı Azərbaycanla birləşdirəcək ya Laçın dəhlizi, ya da inşa ediləcək yeni nəqliyyat xətti vasitəsilə Cənubi Qazqazdan Orta Asiyaya və Çin Xalq Respublikasına kimi uzanan nəhəng türk zolağına malik olacaq. Çox güman ki, Türkiyə yeni inşa olunacaq Qars-İğdır-Naxçıvan dəmir yolunun erməni işğalı nəticəsində dağılmış Mincivan-Mehri-Culfa dəmir yolu xətti ilə birləşməsində maraqlı olacaq. Məhz bu səbəbdən həmin xəttin bərpası daha çox ehtimal edilir.

Cənub qonşumuz İranın faktiki olaraq, öz təhlükəsizliyini daha rahat şəkildə təmin etmək, Azərbaycanla iş birliyini genişləndirmək siyasətindən bəhrələnəcəyi ehtimal olunur.

ABŞ-ın isə Cənubi Qafqaza təsir imkanları elə də geniş deyil. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verməzsə və ya Paşinyanı yeni qərbyönümlü siyasətçi əvəz edərsə, o zaman Ermənistanın xarici siyasət kursunda Qərb vektoru dominant mövqe qazanacaq. İstər-istəməz məlum bəyanat Ermənistanda Rusiyanın mövqelərinin əvvəlki kimi güclü qalacağına zəmanət vermir. Lakin ölkənin normal dövlətə çevrilməsinə zəmin yarada bilər.

Bütövlükdə məlum bəyanatın gələcək perspektivləri Rusiya-Türkiyə arasındakı münasibətlərdən, inkişaf dinamikasından və həmin münasibətlərə təsir edəcək geosiyasi və geoiqtisadi amillərdən asılı olacaq. 

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə ekspert

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı