Azərbaycan-Türkmənistan Memorandumu region üçün nə vəd verir? Politoloq şərhi

Analitika 17:12 22.01.2021

Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu memorandum bir çox region dövlətləri tərəfindən müsbət qarşılanaraq alqışlanıb. Bununla da iki böyük enerji ölkəsi arasında əməkdaşlıq daha da sıx aparılacaq və münasibətlər daha da inkişaf etdiriləcək.

Eurasia Diary memorandumun önəmi və Azərbaycanın geosiyasi əhəmiyyəti ilə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq ilk öncə Azərbaycan-Türkmənistan memorandumunun imzalanmasına qədər aparılan proseslərə nəzər yetirib.

“Ümumiyyətlə, Türkmənistanla münasibətlər bizim mətbuatda çox az işiqlandırılır. Lakin münasibətlər həmişə var, təkcə Türkmənistanla deyil, həmçinin Qazaxıstan ilə Özbəkistan ilə də mövcuddur. Hal-hazırda bu istiqamətlərdə çoxlu işlər gedir. Sadəcə bu münasibətlər xarici işlər nazirləri səviyyəsində, komitələr və ya müxtəlif nazirliklər səviyyəsində aparılır. Bunlar isə sonda ümumi razılıqların əldə olunmasına və müvafiq sənədlərin imzalanmasına gətirib çıxarır.

Keçən il də mart ayında və bundan əvvəl isə 2019-cu il oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşlər keçirib. Hər iki səfər çərçivəsində bu məsələlər müzakirə olunub. Sadəcə ortaq məxrəcə gəlinməyib, ancaq ümumi prinsipial razılıq əldə olunub. Nazirliklər səviyyəsində isə işlər davam edirdi. Son dəqiqləşmələr aparıldıqdan sonra bu saziş imzalanıb”.

Türkmənistan ilə bu memorandumun məhz indiki zamanda yekunlaşaraq imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu məsələyə də toxunan İlqar Vəlizadə regionda baş verən son irəliləyişlərin əhəmiyyətini qeyd edib.

“Regionda vəziyyətin dəyişməsi də bu hadisənin məhz bu zamanda nail olunmasında böyük əhəmiyyəti var. Hal-hazırda Azərbaycan-Türkmənistan formatına yanaşı olaraq iki format da sadalamaq olar. Tükiyə-Azərbaycan-Türkmənistan və Azərbaycan-Türkmənistan-Əfqanıstan formatlarını demək olar. Bu istiqamətdə son vaxtlar çox effektiv danışıqlar həyata keçirilib.

Son zamanlar Əfqanıstanda çox önəmli dəhliz açılıb və həmin dəhliz vasitəsi ilə yalnız mallar deyil, həm də hərbi-texniki daşımalar da aparılır. Buraya ABŞ tərəfindən Əfqanıstanda yerləşən bölmələrin təchizatı üçün daşınmalar həyata keçirilir.

Bütün bunlar onu göstərir ki, həmin formatlar həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Bunlar eyni zamanda Azərbaycan-Türkmənistan münasibətlərinin də bu istiqamətdə çəkisinin artdığını müşahidə edirik.

Türkmənistanda bir neçə milyard dollar dəyərində Türkmənbaşı dəniz limanı qurulur. Ancaq bu liman o zaman səmərəli fəaliyyət göstərə bilər ki, digər limanlarla sıx münasibətlər qura bilsin. Burada potensial olaraq Ələt və ya Həştərxan limanını göstərmək olar. Ələt limanı ilə əlaqələrin qurulması daha realdır, çünki daha yaxın limandır. Bunun da iqtisadi və siyasi mahiyyəti mövcuddur”.

Politoloq xüsusilə Vətən Müharibəsindən sonrakı zaman kəsiyində təhlükəsizlik faktorunun regional layihələrə təsirindən danışıb

“Azərbaycan 44 günlük müharibədə zəfər çalandan sonra artıq biz öz ərazimizdə təhlükəsizliyin ən mühüm təminatçısı qismində çıxış edirik. Əvvəllər bununla bağlı müxtəlif fikilər mövcud idisə indi bunların hamısı yoxa çıxdı. Azərbaycan Ordusu sübut etdi ki, Azərbaycanın təhlüksəziliyini lazımı qədər qoruya bilər. Bu isə öz növbəsində Azərbaycanın burada mövcud olan nəqliyyat infrastrukturunu qoruya bilməsi mənasına gəlir”.

İlqar Vəlizadə regionda mövcud olan və planlaşdırılan layihələrin artmasının ölkənin təhlükəsizliyinə töhfəsini də vurğulayıb.

“Regionda yeni dəhlizlərin yaranması Türkmənistan kimi və ya başqa Mərkəzi Asiya ölkələri kimi digər dövlətlər üçün cəlbedici ola bilər. Bununla onlar regionda və hətta Avropa istiqamətində yüklərin daşınmasına nail ola bilərlər. Əlbəttə ki, əsas məsələ stabillik və təhlükəsizliyin təminatıdır. Belə vəziyyətdə təhlükəsizliyə olan təhdidlər eyni zamanda Türkmənistana və digər dövlətlərə də təhdid kimi hesab olunacaq. Ona görə də, həmin iştirakçılar da bu məsələdə maraqlı olacaqlar. Təbii ki, bu, bizim siyasi çəkimizin artmasına səbəb olacaq. Beləliklə də regionda qarşıdurma heç kimin maraqlarının xeyrinə olmayacaq”.

Son olaraq isə politoloq Azərbaycanın xarici siyasətinin müxtəlif formatlarda aparıldığının ölkəmizə faydalarından danışıb. Eyni zamanda, İlqar Vəlizadə bu siyasi kursun inteqrasiya modelləri ilə müqayisə edib.

“Azərbaycanın xarici siyasi əlaqələri bir çox formatda aparılır. Burada sadaladıqlarımdan savayı, Azərbaycan-Gürcüstan-Türkiyə formatı, Türkdilli ölkələrin formatı və haqqında çox az danışılan yeni format olan İran-Azərbaycan-Gürcüstan-Türkiyə formatı və Türkiyə-Azərbaycan-iran formatının adlarını çəkə bilərik.  Bütün bunlar Azərbaycanın regional geosiyasi potensialından istifadə etməyə imkan yaradır. Bir sözlə, bizim hansısa inteqrasiya modelində iştirak etməyimizə ehtiyac yoxdur. Orada bizim səsimiz itə bilər və mövqeyimiz qabarıq şəkildə göstərilə bilməz. Kimsə üçün maraqlı ola bilər, ancaq bizim üçün xeyr.  Bizim kiminsə maraqlarını təmin etməkdə heç bir xeyrimiz yoxdur.

Lakin gələcəkdə vəziyyət dəyişsə və yeni formatlar təşkil olunsa, misal üçün əgər Türkiyənin təşəbbüsü ilə regional formatlar irəli sürülsə, əlbəttə ki, Azərbaycan burada iştirakda maraqlı ola bilər. Burada mütləq Türkiyə bizə müraciət edəcək və biz də yardımcı olaraq digər ölkələrlə münasibətləri təmin edə bilərik. Necə ki, əgər bizim maraqlarımız Türkiyənin yerləşdiyi regionda varsa, o zaman orada da Türkiyə bizim maraqlarımızı təmin edir”.

Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı