"Əsir"ə çevrilən terrorçular Ermənistanın yeni şousu

Analitika 13:56 09.04.2021

Ermənistan hakimiyyəti və cəmiyyəti reallıq hissini itirib. Bu ölkənin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqinin bilərəkdən qarışıq salır. Bir müddətdir ki, Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və dövlətin başqa qurumlarının binaları qarşısında hakimiyyət rəsmiləri ilə Qarabağda itkin düşən, ölən, əsir və girov düşənlərin qohumlarının aksiyaları keçirilir. Rəsmi Yerevana noyabrın 10-da imzalanan bəyanatın şərtlərini yerinə yetirməkdənsə, diqqəti bu istiqamətə yönəltməyə, bununla da bəhs etdiyimiz sənəddəki öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.

Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir. Sənədin 8-ci maddəsində bu məsələlər nəzərdə tutulub: “Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”. Onun sözlərinə görə, hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Ermənistanda əsgər valideynləri övladlarının Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə davamlı olaraq etiraz, bu regionda saxlanılan Ermənistan ordusunun hərbçilərinin isə ölkəyə qaytarılmasını, tərxis olunmasını tələb edirlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və ölkənin başqa rəsmiləri, müxalifət liderləri isə bu məsələdən bir qayda olaraq bəhs etmir, cəmiyyətin bu haqlı tələblərini görməzliyə vururlar. Ermənilər hələ də bu suallara cavab axtarmaq istəmirlər: “Ermənistan əsgəri, hərbçisi, silahlısı Azərbaycanda niyə ölüb?”, “Onlar Qarabağda niyə itkin, əsir düşüb?”, “Hərbçi və ya mülki vətəndaşlığından asılı olmayaraq, Ermənistan vətəndaşı Azərbaycan ərazisində niyə terrorçuluq fəaliyyəti ilə məşğul olur?” və s. Ermənistan cəmiyyəti bu suallara obyektiv cavab tapmayanadək müstəqil ola bilməyəcək, inkişafdan geri qalacaq, regional təhlükəsizliyin təhdid mənbəyi olacaq.

Azərbaycana qarşı “əsir, girovların qaytarılması” ilə bağlı hay-küy salan, şüvən qoparan Ermənistan hakimiyyəti bəyanatın 4-cü və 7-ci maddələrini yerinə yetirməyib. 4-cü maddədə bildirilib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”. Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgədə öz yerini möhkəmləndirsə də, Ermənistan silahlıları hələ də Azərbaycan torpaqlarındadır. Bu maddənin icrasını Rusiya da Ermənistandan tələb etmir. Rusiya sülhməramlıları gedən və getməyən erməniləri Qarabağa daşıyıb qurtarıb. Ancaq azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qaytıması üçün bəyanatın uyğun 7-ci maddəsinin icrası ilə bağlı görülən işlər yetərli sayılmır. Həmin maddədə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtdir. 30 il ərzində Ermənstan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina “əkiblər”. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur. Noyabrın 10-dan indiyədək minaya düşüb ölən və xəsarət alanlarla bağlı BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib, 8-i mülki şəxs olmaqla, 85-dən çox vətəndaş ağır yaralanıb.

Ermənistanın basdırdığı minaların partlaması nəticəsində Azərbaycan vətəndaşlarının həyatlarını itirməsi və ya xəsarət alması atəşkəsin pozulması anlamına gəlir. Onların və havadarlarının bu əməli bəyanatın müddəalarını icrasını ləngidir, onun həyata keçməsinə mane olur. Ermənistan hakimiyyəti, onu dəstəkləyənlər “əsir və girovların qaytarılması” kimi mövcud olmayan, “xristian abidələrinin qorunması” kimi az əhəmiyyətli məsələlərlə bağlı açıqlama versələr də, bəyanatın bəhs etdiymiz müddəalarının icrasından və minaların basdırıldığı ərazilərin xəritəsinin verilməsindən danışmırlar. Bu susqunluqla Ermənistanın Azərbaycan ərazisindəki pozuculuq fəaliyyətini dəstəkləyir, terrorçuları müdafiə edir.

Sədrəddin Soltan

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı