Baydenin uzatdığı şokolad Tehranın ağzında acı tam verib Xüsusi elçidən gözlənilməz bəyanat

Analitika 15:46 10.04.2021

Bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkiləri Bayden administrasiyasının Tehranla nüvə danışıqlarını necə davam etdirmək haqqında qərarına təsir etməyəcək. Bu, ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Mallinin vəzifəsinin icrasına başladıqdan sonra “Axios”-a verdiyi ilk eksklüziv müsahibəsində bildirilib.

Açığı, Mallidən belə bir açıqlama gözlənilmirdi. Daha çox ehtimal olunan, təxminən, 5 ay ömrü qalmış Həsən Ruhani hökumətinin gedişindən sonra Bayden administrasiyasının Tehrandakı yeni administrasiyanı əvvəlcə dişə vurması və nəticəyə əsasən hərəkət etməsi idi.

2015-ci il nüvə sazişini imzalayan və ABŞ-la diplomatik əlaqəni dəstəkləyən hazırkı İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi mühafizəkar qrupun əvəzləyəcəyi əksəriyyətdə şəkk doğurmur. Buna görə də, növbəti İran prezidentinin ABŞ-la nüvə diplomatiyasına şübhə ilə yanaşacağı daha çox ehtimal olunur.

Tehranda hətta alınları qırışdıran çağırışlar səslənir: sazişdən tam imtina və nüvə silahına yiyələnmə. Bəlkə də məhz bu çağırışlar Ağ Evin gözünü qorxudub.

Vaşinqtonu narahat edən digər amil İsrailin israrıdır. ABŞ Yaxın Şərqdə sadiq tərəfdaşı ilə nüvə sazişinə dair məsləhətlşmələri davam etdirsə də, İrana qarşı hərbi müdaxilə variantını həmişə gündəmdə saxlayan yəhudi dövlətinin naziri Benni Qants bu yaxınlarda bildirib ki, “İsrail ordusu ABŞ olmadan da İrana müdaxiləyə hazırdır”.

Rob Malli bildirib: “Müzakirələrimizi İran seçkiləri müstəvisində qurmaq niyyətində deyilik. Onun tempi ABŞ-ın öz milli təhlükəsizlik maraqlarını qoruması ilə təyin ediləcək. Başqa sözlə, İran seçkilərinə görə nə tələsəcək, nə də işləri ləngidəcəyik”.

Beləliklə, Robert Malli ABŞ-ın İranla nüvə sazişinə qarşılıqlı qayıdışa nail olmaq üçün ciddi diplomatik prosesə hazırlığını açıq şəkildə bildirib.

Malli deyib: “Bizcə, birbaşa danışıqlar daha təsirlidir, çünki bu, anlaşılmazlığın aradan qalxmasına yol açır, üstəlik, bizim üçün məzmun formatdan daha vacibdir”.

Əlbəttə, Bayden administrasiyası İran üçün bəzi sanksiyaların yüngülləşdirilməsinə yalnız tərəflər arasında danışıqların bərpasından sonra və yalnız qarşılıqlı prosesin başlayacağı halda hazır olacaq.

“ABŞ-ın sanksiyalarla bağlı mümkün addımları masada ola bilər, ancaq istənilən halda, İranla birbaşa və ya dolayı söhbətə başlamalıyıq”. Bunu Dövlət Departamentinin anonim qalmaq istəmiş digər rəsmisi söyləyib. O əlavə edib: “Prezident sanksiyaların ləğvi məsələsində birtərəfli addımlar atmayacaq”.

Qarşı tərəfdə ABŞ-la yenidən təmas artıq soyuq cavabla qarşılanıb.

İranlılar məhz ABŞ-dan ilk addımı atmağı tələb edirlər, lakin prezident Bayden İranın nüvə sazişinə tam uyğunlaşması olmadan, təktərəfli qaydada sanksiyaların yüngülləşdirilməsi tələbinin icrasına meylli deyil.

Tramp administrasiyası üzvləri də vaxtilə iranlı vəzifədaşları ilə görüşmək üçün bir neçə dəfə müraciət edib, lakin İran sanksiyaların yüngülləşdirilməsinə qədər ABŞ rəsmiləri ilə ünsiyyətə “yox” deyib.

Bununla belə, Co Bayden seçkiöncəsi vədinin yerinə yetirilməsinə qərarlıdır.

Yaxşı, bundan sonra nə olacaq?

Hələlik bunu demək çətindir, amma Dövlət Departamentinin İran komandası yavaş-yavaş formalaşır. Rob Malli 2015-ci il sazişinə səbəb olan danışıqlar zamanı ABŞ müzakirəçilər qrupunun üzvü olmuş sanksiya mütəxəssisi Riçard Nefyunu özünə köməkçi götürüb. Komandanın digər üzvü Barak Obama dövründə müqavilənin həyata keçirilməsinə rəhbərlik edən Carret Blankdır. Komandaya yeni üzvlərin əlavə ediləcəyi gözlənilir.

İran prezidenti Həsən Ruhani martın 10-da bir daha bildirib ki, “öhdəliklərimizi tam məzmunda şəkildə yerinə yetirməyə hazırıq, lakin məhz ABŞ sazişin icrasına doğru ilk addımı atmalıdır”.

O, yəqin ki, İrana 2015-ci ilin nüvə sazişini bəxş etmiş şəxs kimi, vəzifəsindən gedişini də müqavilənin bərpası və sanksiyaların ləğvi ilə yaddaşlara həkk etmək istəyir. Amma indi Tehranda qulaqlar daha çox prezidentliyə mümkün namizədlərin açıqlamalarına şəklənib. Ehtimal olunan namizədlərdən biri – Məsləhət Şurasının katibi Möhsün Rezayi bildirib: “Sanksiyaların təsirsiz hala gətirilməsi və ləğvi Ali Rəhbərinin təlimatları çərçivəsində aparılmalıdır və yalnız bu çərçivədə qəbul edilə bilər”.

Rezayi “müqavilə şərtlərini pozduğuna görə ABŞ və Avropa İttifaqından beynəlxalq məhkəməyə şikayət edilməsi”nə çağırış edib.

“Bir şokolad verməklə, etimad geri qaytarılmır”, – deyə Möhsün Rezayi ABŞ-ın açıqlamaları ilə Tehranın şirniklənməyəcəyinə eyham vurub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı