Azərbaycan "İsgəndər-M" məsələsindən istifadə edib, Rusiya sülhməramlılarına alternativ gətirə bilər Siyasi ekspert

Analitika 17:46 13.04.2021

Azərbaycan Prezidenti İlham Əliyev dünən “Hərbi Qənimətlər Parkı”nın açılışını edib. Açılış mərasimində dövlət başçısı bir sıra əhəmiyyətli mesajlarla çıxış edib.

İlham Əliyev Qarabağ münaqişəsinin son illərinə nəzər salaraq Ermənistan hökumətinin Serj Sarkisyan və Nikol Paşinyan dönəmində destruktiv mövqelərini ortaya qoyub. O, torpaqların sülh yolu ilə qayıtmasına söz verən rəsmi Yerevanın bu illər ərzində tamam əks mövqe sərgilədiyini nəzərə çatdırıb.

Dövlət başçısı 44 günlük müharibə zamanı Ermənistana edilən təmənnasız hərbi yardımlar və Şuşaya atılan “İsgəndər-M” raketi mövzusunu yenidən dilə gətirib. O, bu cür yüksək dağıdıcı gücə malik raketin Ermənistanda necə peyda olmasını bir daha sorğulayıb və bu addımı hərbi cinayət adlandırıb.

Baş verən bu proseslər Qarabağ münaqişəsi ilə bağlı bir sıra suallar və qaranlıq məqamlar yaradır. İlham Əliyev rəsmi Bakının narahatlığını qeyd edib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili dövlət başçısının səsləndirdiyi fikirləri Eurasia Diary-yə şərh edib.

Azərbaycan Prezidenti Ermənistan siyasi rəhbərliyinin 2016-cı il Aprel döyüşlərindən, 2018-ci il Naxçıvan əməliyyatından dərs almadığını və nəticədə 44 günlük müharibənin baş verdiyini söyləyib. Heç bir zaman verdiyi sözlərin üstündə durmayan və tarixdən dərs almayan rəsmi Yerevan üçün İkinci Qarabağ müharibəsinin son olub-olmayacağı əsas müzakirə mövzularından biridir. Ekspert düşünür ki, bu məsələdə Ermənistan cəmiyyətinin iqtisadi azadlığı və qərarları xarici qüvvələrdən müstəqil şəkildə qəbul etməsi çox ciddi amildir.

“Əgər Ermənistan siyasi gündəminin onun daxili formalaşdırsa, siyasi və iqtisadi maraqlardan çıxış olunaraq Azərbaycanla xoş münasibətlər qurmaqda maraqlı olacaqlar. Əlbəttə biz bilirik ki, siyasi gündəmin formalaşmasında diasporun da ciddi rolu var. Azərbaycan tərəfi çalışır ki, Ermənistanla iqtisadi əlaqələr geniş olsun. Belə olduğu təqdirdə Ermənistan əhalisi iqtisadi müstəqilliyinə çatacaq, onların diasporun göndərdiyi vəsaitlərə ehtiyacı olmayacaq və qərarları da müstəqil qəbul edə biləcəklər. Bu da əlbəttə ki, Azərbaycanın xeyrinə olan məqamdır. Bir sıra kompleks addımlar atılarsa, bu istiqamətdə uğurlu ola biləcəyimizi düşünürəm. Bu isə elə bir məsələdir ki, siyasi münəccimlik etmək mümkün deyil və lazım da deyil. Bir sıra şərtlər var ki, onları alındırdıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını görə biləcəyik”, deyə Əhməd Əlili söyləyib.

İlham Əliyev hakimiyyəti dövründə aparılan danışıqlarda 1% belə güzəştə getmədiyini vurğulayıb. Bundan sonrakı danışıqlar prosesində Azərbaycanın hansı mövqedə olması xüsusi maraq doğurur. Siyasi tədqiqatçının fikrinə görə, Azərbaycan gələcəkdə yumşaq gücdən istifadə edəcək və Ermənistanla münasibətləri rasional əsaslarda quracaq.

“Azərbaycanın münaqişənin bundan sonra diplomatik üsulla həll ediləcəyini söyləməsi xoş bir mesajdır. Regionda bundan sonra baş verəcək proseslər Azərbaycanın daha aktiv iştirakını nəzərdə tutur. Azərbaycanın siyasi liderliyi regionda tam şəkildə tanınır. Bu isə Azərbaycan diplomatiyasına region ölkələri ilə sıx münasibətlər qurması və bu ölkələr ilə əlaqələrin genişləndirilməsi üçün daha geniş imkanlar yaradır. Bu kontekstdən yanaşsaq, Azərbaycan yumşaq gücdən istifadə edəcəyi gözlənilir. Bunun özü də bir güzəştdir. Azərbaycan Ermənistanla əlaqələri rasional əsaslarla qurur və bu da müəyyən diplomatik gedişləri əhatə edəcək”, deyə ekspert qeyd edib.

Ermənistana təmənnasız silahlar göndərən və Şuşaya atılan “İsgəndər-M” müəmmasına səssiz qalan Rusiyanın sülhməramlı qismində çıxış etməsi önəmli məqamlar arasındadır. Ekspert “İsgəndər-M” məsələsinin münaqişənin həllində dönüş yarada biləcəyini düşünür.

“Azərbaycan “İsgəndər-M” məsələsindən istifadə edib, Rusiyanın maraqlı tərəf olduğunu sübut edərsə, bu o deməkdir ki, Qarabağ ərazisində Rusiya sülhməramlılarının alternativ qaydalarla əvəz olunmasına ciddi ehtiyac var. Rusiya tərəfi regionda özü müəyyən qədər münaqişə tərəfi kimi çıxış edirsə, bu bir nöqsandır və onun imkanları dərhal məhdudlaşdırıla bilər. Rusiya tərəfinin dediyi kimi Ermənistan onların xəbəri olmadan bu silahları əldə edibsə, bu, Rusiyanın öz ordusuna nəzarət edə bilmədiyi mənasına gəlir. Yəni Ermənistan Rusiya generallarına asanlıqla korrupsiya yolu ilə pul verib öz tərəfinə çəkə bilər. Bu isə Qarabağda gələcəkdə olacaq proseslərdə ciddi problemlər yarada bilər. Sadaladığımız məqamlar Rusiya sülhməramlılarının fəaliyyətinin effektivliyini ciddi şübhə altına salır. Düşünürəm ki, “İsgəndər-M” məsələsi Rusiyanın regionda hansı simada təmsil olunmasını göstərəcək”, deyə Əhməd Əlili fikrini tamamlayıb.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı