"Ter-Petrosyanın baş nazir olması böyük sual altındadır" Politoloq

Analitika 14:36 16.04.2021

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və keçmişdə eyni düşərgədə olduğu baş nazir Nikol Paşinyan arasında maraqlı ritorika yaşanır. Rəqabətdən yaranan vəziyyət tərəfləri düşmənçilik həddinə çatdırıb.

Paşinyan parlamentdəki çıxışında özünümüdafiəyə xidmət edəcək bütün kartları açmağa hazır idi və açdı da. O, 2018-ci ildə Ter-Petrosyanla görüşləri zamanı eks-prezidentin ona “Torpaqları artıq Azərbaycana qaytarmalısan” sözlərini deməsini açıqlayıb. Növbədənkənar seçkilərə qatılacaq Ter-Petrosyanın Paşinyana cavabı gecikmədi. O, baş nazirə özünün sözçüsü Arman Musinyanın diliylə “milləti məhv edən bəlalı adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edirəm” cavabını qaytarıb. Bundan əvvəl də Ter-Petrosyan “Paşinyan Ermənistanı bəlaya düçar etdi” demişdi. 

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi Paşinyanla Ter-Petrosyanın açıq qarşıdurmaya getdiyini söyləmək olarmı?

Bununla bağlı politoloq Fikrət Sadıqov Eurasia Diary-yə açıqlama verib.

Prezident Fikrət Sadıxovla bağlı SƏRƏNCAM imzaladı – Yenicag.Az

Politoloqun sözlərinə görə, vaxtilə Paşinyanla Ter-Petrosyan arasında münasibətlər çox yüksək səviyyədə olub: “Bir çox məsələlərlə bağlı onların mövqeyi üst-üstə düşürdü. Sadəcə olaraq, hər ikisi Qarabağ klanına qarşı çıxış edirdilər. Və bu da onların bu işbirliyini digər siyasi qüvvələrdən müəyyən dərəcədə fərqləndirirdi. Hal-hazırda Paşinyan görünür, vəziyyəti nəzərə alaraq həm öz rəqiblərinə, həm də keçmiş tərəfdaşlarına qarşı sərt ifadələr işlədir. Çünki seçkiqabağı kampaniyası dövründə ona çox yüksək reytinq lazımdır. Bu istiqamətdə Paşinyan bu cür addımlarla bütün üsullara əl atıb”.

Bu iki siyasətçidən hansının baş nazir seçilməsi Azərbaycan üçün əlverişli ola bilər sualına cavabında F. Sadıqov bildirib ki, Ter-Petrosyanın hakimiyyətə gəlməsi daha önəmli olardı: “Düzdür, Ter-Petrosyan da millətçi ideyalarla hakimiyyətə gələn siyasətçidir, amma onun bir sıra məsələlərə yanaşması daha yumşaqdır və radikal deyil”.

Lakin ekspert Ter-Petrosyanın təkbaşına, hətta parlamentə seçilməsinə böyük şübhə ilə yanaşır: “Ola bilsin ki, o, hansısa bir siyasi qüvvə ilə alyans yaratsa, bəlkə də parlamentə seçilə bilər, amma baş nazir olması böyük sual altındadır. Düşünmürəm ki, belə asanlıqla birinci prezident Ter-Petrosyan parlamentə seçilərək çoxluq qazansın və səs çoxluğu ilə baş nazir olsun”.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı