"Tel-Əviv müharibə vaxtı Ermənistanın istəklərinə məhəl qoymadı" İsrailli jurnalist

Analitika 13:12 22.04.2021

Müasir dövrdə informasiyanın rolu dövlətlərin xarici siyasətində əsas yerlərdən birini tutur. Azərbaycan İkinci Qarabağ müharibəsində uğurlu hərbi əməliyyat keçirərək torpaqlarını işğaldan azad edərək münaqişənin hərbi fazasını sonlandırsa da, diplomatik və informasiya savaşı hələ də davam edir.

Ermənistanın Qarabağda törətdiyi cinayətlər faktlarla dünya mediasına çıxarılaraq bir çox sualların əyani cavabını verir. Bu istiqamətdə xarici media qurumlarının nümayəndələrinin işğaldan azad edilmiş torpaqlara səfərlərinin təşkil edilərək hər şeyi öz gözləri ilə görməsi xüsusilə əhəmiyyətlidir. Müharibədən sonra Azərbaycanı işğalçılıqda və hüquq pozuntusunda ittiham edən Ermənistanın əsl siması azad olunmuş torpaqlarda etdiyi əməllərlə ifşa edilir.

Qarabağın işğal altında qaldığı illərdə, müharibə zamanı və müharibədən sonrakı vaxtda Azərbaycanı əlində olan bütün imkanlarla dəstəkləyən dövlətlərdən biri də İsrail olub. Bu günlərdə bir qrup israilli jurnalist Azərbaycanda olaraq, işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Onların arasında İsrailin məşhur “Israel Hayom” qəzetinin müxbiri Din Şmuel Elmas da olub.

Bölgədən qayıdan Din Şmuel Elmas dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edib. Ermənistanın törətdiyi vandalizm aktından təsirlənən jurnalist öz fikirlərini Eurasia Diary ilə də bölüşüb.

“Mən iki gün müddətində Qarabağda azad edilmiş torpaqlarda oldum. Ağdam, Füzuli, Zəngilan rayonlarına səfər etdim. Nəhəng, dəhşətli dağıntılar məni çox təsirləndirdi. Ağdama “ruhlar şəhəri” deyirlər. Amma ora eyni zamanda kabuslar regionudur. Olduqca ağır vəziyyətdir. Mən İsrailin məşhur “Israel Hayom” qəzetinin Azərbaycan və Türkiyə dövlətləri üzrə müxbiriyəm. Bu vəziyyəti öz gözlərimlə görmək istədim. Bu, israilli müxbir kimi mənim üçün çox vacibdir. Çünki mən Azərbaycan və İsrail dövlətləri arasında əlaqələrin hər iki tərəf üçün əhəmiyyətli olduğuna inanıram”, deyə jurnalist söyləyib.

İsrail dövləti də tarixi boyu bir çox müharibələrin şahidi olub. Jurnalist bu dövrlərdə ciddi dağıntılar olduğunu bildirsə də, Qarabağda rastlaşdığı vandallığı heç bir yerdə görmədiyini bildirib.

“Mən heç vaxt belə bir situasiya görməmişəm. İsrail tarixində çox müharibələr olub. Həmin vaxtlarda da vəziyyət gərgin olub, infrastrukturda dağıntılar olub. Lakin Ağdam, Füzuli və başqa yerlərdə olduğu kimi yox. Mən düşünürəm ki, bu torpaqların bərpası çox uzun zaman və vəsait tələb edir”, deyə israilli jurnalist qeyd edib.

Qeyd edək ki, müharibə zamanı və sonra İsrailin Azərbaycana göstərdiyi dəstək səbəbindən Ermənistan cəmiyyətində anti-semitizm xüsusilə baş qaldırıb. Onlar Azərbaycana dəstək olduğuna görə İsraili qınayır və hətta təhqirlər yağdırırdılar. Şmuel Elmas da bu cür hallarla qarşılaşdığını və ciddi ittihamlarla üzləşdiyini bildirib: “Azərbaycanın azad edilmiş torpaqları yenidənqurması Ermənistan təbliğatına ən uyğun cavab olar”.

Bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında danışıqların aparılması da olduqca vacibdir. Bir çox dövlətlər vasitəçi olmağa can atsa da, Din Şmuel Elmasın fikrincə, İsrailin Ermənistanla münasibətlərini nəzərə alsaq, sülh quruculuğunda onun iştirakı mümkün görünmür.

“Ermənistanla İsrail arasında münasibətlər müharibədən əvvəlki kimi deyil. Müharibənin ilk günlərində Ermənistanın səfiri ölkəni tərk etdi və onlar Azərbaycanı silah-sürsatla təminatın dayandırılmasını tələb etdilər. Lakin İsrail Ermənistanın bu istəklərinə məhəl qoymadı”, deyə “Israel Hayom”qəzetinin müxbiri bildirib.

Amma jurnalist İsrailin azad edilmiş ərazilərin bərpası prosesində yaxından iştirak etməsi üçün böyük potensiala malik olduğunu vurğulayıb.

“İsrail yenidənqurma işlərində Azərbaycana kömək edə bilər. Bizim inkişaf etmiş texnologiya şirkətlərimiz var. Bunlar sadəcə hərbi deyil, bütün sahələri əhatə edir. Həmin şirkətlər dünya reytinqində üstün mövqeyə sahibdirlər. Onlar Azərbaycanın minalardan təmizləmə işində iştirak edə bilərlər. İsrail şirkətləri bu prosesdə texnoloji sahədə yardım göstərə bilər. Çünki əsgərlərin addım-addım təmizlik işləri aparması çox uzun zaman aparacaq. Lakin İsrailin texnologiyasından istifadə bu prosesi sürətləndirə bilər”, deyə Din Şmuel Elmas fikrini bildirib.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı