Baydenin “erməni soyqırımı” ifadəsinin arxasında hansı məkrli planlar dayanır?

Analitika 11:27 27.04.2021

Hər ilin aprel ayında ABŞ-ın erməni diasporu və lobbisi ölkə prezidentinin ənənəvi olan çıxışında “1915-ci il hadisələrinə” verəcəyi qiyməti səbirsizliklə gözləyir. Bu vaxta qədər heç bir ABŞ prezidenti ermənilərin gözləntilərini doğrultmayıb. Onlar məlum məsələni gah “fəlakət”, gah “dəhşətli hadisələr” adı altında qələmə verməklə, rəsmi Vaşinqton üçün erməni məsələsindən daha çox Türkiyənin bir müttəfiq kimi dəyərli olduğunu dolayısı ilə təsdiqləyiblər. Lakin yanvarda Ağ Evin yeni sahibi, ifrat ermənipərəst, 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən qəbul edilən Azərbaycana dövlət yardımlarını qadağan edən 907 saylı “Azadlığa dəstək” aktının memarlarından biri olan Co Bayden tarixdə bu günədək elmi nöqteyi-nəzərdən öz əsaslandırılmış qiymətini almayan bir qondarma tarixi hadisəni soyqırımı adlandırmaqla öz ölkəsinin milli maraqlarını erməni avantürasının girovuna çevirmiş oldu. ABŞ-ın milli maraqlarını öz şəxsi hakimiyyət ambisiyasına qurban verən C.Baydenin 1915-ci il hadisələrinə münasibətdə işlətdiyi soyqırımı ifadəsinin arxasında aşağıdakı səbəblər dayanır:

- Türkiyənin müstəqil xarici siyasət yeritməsi. Bunu Liviyada, Suriyada (Suriya kürdlərinə qarşı hərbi əməliyyatlar aparması), Şərqi Aralıq və Qara dənizdə, Balkan və Cənubi Qafqazda yeritdiyi siyasətin mahiyyətində görmək mümkündür;

- Avropa İttifaqı ölkələrinin Şərqi Aralıq dənizində enerji resurslarının axtarışı ilə bağlı Türkiyənin apardığı kəşfiyyat işlərinə mane olmaq və ona qarşı İsrail, Yunanıstan, Cənubi Kipr və Misiri bir araya gətirmək planlarının iflasa uğraması. Türkiyə təkbaşına və qətiyyətli siyasəti sahəsində həmin ittifaqın səylərini heçə endirmiş oldu;

- NATO-nun Türkiyənin Rusiya ilə sıx tərəfdaşlıq münasibətlərini, xüsusən də hərbi sahədə yüksəlməkdə olan əməkdaşlığını (Türkiyənin Rusiyadan S-400-ri alınması) həzm edə bilməməsi. Türkiyənin NATO və onun Aİ-ki müttəfiqlərinin Rusiyanı təkləməyə yol verməməsi;

- Ötən ilin sentyabrın 27-dən noyabrın 10-a kimi davam etmiş İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycanı dəstəkləməklə Cənubi Qafqazı erməni işğalından azad etməklə, regionu ATƏT-in Rusiya istisna olmaqla digər iki ermənipərəst həmsədrlərinin – ABŞ və Fransanın caynağından xilas etməsi; 

- Türkiyənin Rusiya ilə əməkdaşlıq şəraitində ATƏT-in ermənipərəst missiyasına ciddi zərbə vurmaqla, onu de-fakto münaqişənin nizamlanması prosesindən kənarlaşdırmağa müvəffəq olması.

ABŞ-ın bu qərarı yaxın perspektivdə ehtimal edilən hansı hərbi-siyasi və iqtisadi planlarla əlaqələndirilə bilər?

- Dünyanın ermənipərəst parlamentlərini və siyasi qüvvələrini Türkiyəyə qarşı mübarizəyə səfərbər etmək, separatçı və terrorçu qüvvələrin fəallaşmasına stimul vermək;

-Türkiyədə devalvasiyanın tempini sürətləndirmək istiqamətində qərəzli fəaliyyətləri davam etdirmək;  

- NATO çərçivəsində Türkiyəyə qarşı siyasi təzyiqi davam etdirmək;

- Aİ-ni Türkiyəyə qarşı təxribatlara təhrik etmək;

- Türkiyənin Cənubi Qafqazda siyasi nüfuzunun aşağı düşməsinə, onunla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışmaq, Paşinyanın yeni seçkilərdə erməni cəmiyyətində nüfuzunu qaldırmaq və ruspərəst qüvvələrin onu üstələməsinə imkan verməmək, yenidən onun seçilməsinə nail olmaq və ABŞ-ın Ermənistanda nüfuzunu artırmaq;

- ABŞ və Qərbin Cənubi Qafqazda yeni geosiyasi nizamın hüquqi bazisi olan 10 noyabr bəyanatını pozmaqla Rusiya və Türkiyənin regionda möhkəmlənməsinə mane olmaq, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbəyə kölgə salmaqla, Ermənistanın revanşizm hisslərini dirçəltməyə çalışmaq;

- Regionun iqtisadi həyatında mühüm rol oynayacaq və ABŞ-ın əsas hədəfi olan nəqliyyat dəhlizlərinin açılmasına mane olmaqla Türkiyənin Cənubi Qafqaza və Orta Asiyaya asan daxil olmasını, həmçinin Rusiyanın Azərbaycan vasitəsilə Naxçıvandan Ermənistana yol əldə etməsini, bu nəqliyyat – kommunikasiya xəttlərindən İranın da yararlanmasını əngəlləmək və s.

C.Baydenin bu qərarı ABŞ-ın milli və ekspansionist maraqlarını hansı riskləri yarada bilər:

- ABŞ-ın türk dünyasında və NATO-nun cənub qanadlarında mövqelərinin zəifləyəcəyi;

- ABŞ-la Türkiyə arasında strateji tərəfdaşlığın ciddi dəyişikliyə məruz qalacağı, İncirlik bazasının bağlanmasına dair mövqelərin sərtləşəcəyi;

- Türkiyə və Rusiya (Rusiya ABŞ dost olmayan ölkələr siyahısına daxil edib) arasında sıx hərbi-siyasi, iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyi;

- Türkiyənin Suriyada ABŞ-ın dəstəklədiyi kürd separatçılarına və terrorçularına qarşı daha barışmaz mübarizə aparacağı;

- Cənubi Qafqazda Rusiya, Türkiyə və İran arasında əməkdaşlığın daha da dərinləşəcəyinə təkan verəcəyi, eyni zamanda həmin ölkələrlə Azərbaycan arasında regional müttəfiqliyin və tərəfdaşlığın möhkəmlənəcəyi;

- Rusiyanın Ermənistana daha ciddi təsir göstərəcəyi;

- ABŞ və Qərbin Cənubi Qafqazda mövqelərinin zəifləməsinə, xüsusən də Vətən müharibəsindən sonra onların münaqişəsinin postkonflikt mərhələsindən tamamilə  kənarlaşacağı istisna edilmir.

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə ekspert

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı