Robert Koçaryan tərəfdarlarını meydana yığır

Analitika 11:20 08.05.2021

Ermənistanın ikinci prezidenti əslən Qarabağdan olan Robert Koçaryan iyunun 20 nə əzərdə tutulmuş parlament seçkiləri üçün aktiv kompaniyasını aparır. Onun mayın 9-u tərəfdarları ilə birlikdə Yerevanın Azadlıq meydanında mitinq keçirəcəyi haqqında məlumatlar daxil olmaqdadır. Hələ Qarabağda hakimiyyətdə olarkən yaxın dostu olan Arkadi Qukasyanla birləşməsi və birlikdə seçkiyə getmələri onların seçkidən gözləntilərinin daha böyük olması haqqında düşünməyə əsas verir. Nədir bu gözləntilər? Onların təşəbbüsləri istədikləri nəticəni verəcəkmi?

Bir neçə ay bundan əvvəl növbədənkənar parlament seçkilərində Paşinyanın yeganə namizəd olacağı proqnozlaşdırılırdı. Keçmiş Preziden Robert Koçaryanın seçki kompaniyasına qoşulması vəziyyəti Paşinyanın əleyhinə bir qədər dəyişdirdi. Lakin bu Koçaryanın Paşinyana ciddi rəqib olması anlamına gəlməməlidir. Sadəcə Koçaryan bütün imkanlarından,o cümlədən Rusiyanın paytaxtına qədər gedib çıxan imkanlarından istifadə edir ki, seçkilər zamanə Paşinyan və onun seçkiqabağı blokuna problemlər yaratsın.

Məlum olduğu kimi, Robert Koçaryan 1 mart 2008-ci il hadisələrinə görə Konstitusiya quruluşunu devirmək maddəsi ilə 3 ilə yaxın həbsxanada yatdı və sonda 5 milyon dollar girov müqabilində zaminə buraxıldı. 2008-ci ilin martında   baş verən qarşıdurma zamanı Koçaryanın göstərişi ilə nümayişçilərə qarşı ordudan istifadə edilmiş və ikisi polis olmaqla 10 nəfər həyatını itirmişdi.

Bu ilin aprelin 6-da Koçaryana qarşı qaldırılan cinayət işi məhkəmə tərəfindən dayandırılmışdır. Bu zaman hakimlər Konstitusiya Məhkəməsinin Koçaryana qarşı tətbiq olunan bu maddənin Konstitusiyanın iki bəndi ilə ziddiyyət kəsb etməsi haqqında çıxardığı qərarla əsaslandırmışdır.

Cinayət işi dayandırıldıqdan iki gün sonra Koçaryan Paşinyana və Ermənistan hökumətinə qarşı iddia qaldırır. Bu iddiada o özünə qarşı hüququn pozulması, maddi ziyanın ödənilməsi və üzr istənilməsini tələb edir.

Paşinyan ciddi-cəhdlə Koçaryanı həbsxana divarları arasında saxlamağa çalışsa da Rusiyanın təzyiqi və Koçaryandan qalma məhkəmə hakimlərinin ikiüzlülüyu nəticəsində buna nail ola bilmədi. Paşinyanla Koçaryan qarşıdurmasında müvəqqəti olaraq təşəbbüs Koçaryanın tərəfindədir. Qeyd edirəm müvəqqəti olaraq və seçkilərə qədər. Seçkilərdən sonra yeni qüvvə ilə hakimiyyəti formalaşdıracaq Paşinyan Robert Koçaryan, Serj Saqsyan, Arkadi Qukasyan və onun kimi onlarla Qarabağ klanının üzvləri ilə birdəfəlik haqq-hesab çəkəcək. Artıq hamı başa düşür ki, onların Ermənistanın siyasi səhnəsindən silinib atılması vaxtı çatmışdır. Çünki bu klan ermənistanın yenidən həyata dönərək  normal region dövlətləri sırasına qyıtması yolunda böyük maneədir. Paşinyan nəzərdə tutduğu siyasi və iqtisadi kursun qalib gəlməsini istəyirsə bu klanı birdəfəlik qarşısından götürməlidir.

Qeyd etmək lazımdır ki, Daşnaksütyun Partiyası ilə Yenidən Yaranan Ermənistan Partiyası Robert Koçaryanın rəhbərliyi altında qarşıdan gələn seçkidə birlikdə, bir blok halında iştirak etmək istəyirlər. Bir neçə gün bundan əvvəl Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın seçki ilə əlaqədar birləşmək təklifini Koçaryan rədd etdi. Bunu bir o qədər də əsasllı olmayan mənəvi məsələlərlə əlaqələndirdi.

Robert Koçaryan və Arkadi Quqasyan qrupu mayın 9-da Yerevanın Azadlıq meydanında mitinq keçirmək haqqında qərara gəliblər. Bu mitinq kəşfiyyat səciyyəsi daşıyır və onların seçki ilə baölı yaxın gələcəkdə atacaqları addımların müəyyənləşməsinə yrdım edəcək.

Diqqət yetirək, Robert Koçaryan Ter Petrosyan kimi Ermənistan tarixində müəyyən rol oynamış şəxsiyyətin  birləşmək haqqında təklifini rədd edir, az tanın, həbsxanaya həyatı keçirən, Qarabağdan olan Arkadi Qukasyanla birləşir. Deməli, Koçaryan qarşıdan gələn seçkilərdəə Qarabağ klanını yenidən fəal siyasi həyata qaytarmaq üçün istifadə etməyə çalışacaq. Onun bu niyyəti haqqında Ermənistnda yetərincə məlumatlıdırlar və erməni xalqı yenidən Qarabağ bataqlığına düşmək fikrindən çox-çox uzaqdır. Koçaryanın bütün cəhdlərinə və aktivliyinə baxmayaraq ona revanş götürməyə imkan verilməyəcək. Həm daxili, həm də xaricdən olan dominant siyasi qüvvələr tərəfindən.

Əlimusa İbrahimov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı