Azərbaycanın İsrail-Fələstin gərginliyində mövqeyi necə olmalıdır?

Analitika 13:26 12.05.2021

İsraillə Fələstin arasında artan gərginlik Azərbaycan üçün çətin vəziyyət yaradıb. Azərbaycan İslam dünyasının tərkib hissəsi kimi Fələstinin müstəqilliyini, o cümlədən bununla bağlı BMT qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir. Bunu Azərbaycanın imzaaldığı müxtəlif beynəlxalq sənədlər də göstərir. Ancaq Azərbaycanın İsraillə də sıx əlaqələri var. İsrail neftə olan tələbatının təxminən 40 faizini Ceyhan limanı üzərindən Azərbaycandan alır. Digər tərəfdən Azərbaycan İsraildən ən modern silahlar alır. Bu silahların Azərbaycan ordusunun 44 günlük müharibə zamanı uğurlarında payı oldu.

Türkiyə İsrailin Qəzza bölgəsini bombadrman etməsini və bu zaman mülki insanların qətlə yetirilməsini qınadı. Ankara bununla kifayətlənməyərək müsəlman ölkələrini İsrailə qarşı vahid cəbhədən çıxış etməyi təklif etdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu müsəlman ölkələrindəki həmkarlarıyla telefonla əlaqə qurdular və Yaxın Şərqdə yaranan ağır durumu müzakirə etdilər. Türkiyə Osmanlı dövründə hazırki gərginlik ocağı olan torpaqlara sahib olub. Ona görə də Türkiyə həmin torpaqlarda baş verənlərə həssas yanaşır, məscidə hücumu və bombardmanları sərt qınayır, İsrailə qarşı vahid blok formalaşdırmağa çalışır.

Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğundan Ankaranın xarici siyasətdəki təşəbbüslərini dəstəkləyir. Misal üçün Yunanıstan Aralıq dənizində Türkiyə əleyhinə hərəkətlər etdikdə, prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunan səfirinə açıq demişdi: “Biz bu məsələdə Türkiyənin yanındayıq”. Rəsmi Bakının Afinadan fərqli narazılığı da var idi. Afina keçmiş illərdə vədinə xilaf çıxaraq Dövlət Neft Şirkətinin Yunanıstanın qaz paylayıcı şirkətinin səhmlərini almasını əngəlləmişdi.

Azərbaycanın İsraillə münasibətlərində durum fərqlidir. Bu dövlət Yunanıstandan fərqli olaraq Azərbaycan əleyhinə addım atmayıb. Ermənistan uzun illər çalışdı ki, İsrail Azərbaycana dəstəkdən vaz keçsin, alınmadı. Ermənistanın bu məqsədlə İsraildə açdığı səfirlik də aravurma fəaliyyətində uğur qazanmadı. Ermənistan İsrailin Azərbaycana satdığı müasir silahlara yiyələnmək istədikdə Tel-Əviv İrəvana “yox” cavabı verildi.

Ankarada Azərbaycan-İsrail münasibətlərini nəzərə alırlar. Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan praqmatik siyasətçidir və Azərbaycandan İsraillə münasibətləri yenidən baxmağı tələb etməyəcək. Digər tərəfdən Türkiyənin özü də İsraillə siyasi münasibətlərin gərginliyinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyib, əksinə artım var, elə Azərbaycan nefti İsrailə Türkiyənin limanı üzərindən satılır.

Rəsmi Bakı son zamanlar İsraillə bağlı iki istiqamətdə təşəbbüslər həyata keçirmək istədi.

Birincisi, Türkiyə-İsrail gərginliyi Azərbaycanın maraqlarına cavab vermədiyindən rəsmi Bakı iki dövlət arasında vasitəçi ola biləcəyinə eyham vurdu. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, rəsmi Bakı dost dövlət olan İsraillə qardaş və müttəfiq dövlət olan Türkiyə arasından münasibətlərin nizamlanmasını istəyir.

İkincisi, rəsmi Bakı uzun illərdən sonra İsraildə səfirlik açmağa qərar verdi. Bunu tədricən həyata keçirmək planı işə düşdü. Rəsmi Bakı birinci addım kimi Azərbaycanın İsraildə turizm və ticarət büroları açılmasını təmin etdi. İsrail xarici işlər naziri Qabi Aşkenazi aprelin 28-də Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın onlayn iclasından sonra “Twitter” hesabında belə yazdı: “Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir. Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır”.

Son hadisələr fonunda Türkiyənin İsraillə mümkün siyasi dialoqu təxirə salındı. Deməli indiki ağır şərtlər altında Bakının vasitəçiliyinə ehtiyac yoxdur. Aranın sakitləşməsini gözləmək lazım gələcək. Azərbaycanın İsraildə səfirlik açılması prosesinin sürəti də azalacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin son hadisələrlə bağlı mümkün reaksiyasına gəldikdə isə, bunun bir cümlə ilə ifadə edilməsinə ehtiyac var: “Azərbaycan Yaxın Şərqdə gərginliyin azalmasının, məsələlərin danışıqlar yolu ilə həllinin, o cümlədən BMT tənamələrinin yerinə yetirilməsinin tərəfdarıdır”.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı